Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İslamda Novruz araşdırması

Mənəvi Dünya İctimai Birliyi təqdim edir  

Novruzun əsas məramı millətin qəlbində olan ümidsizliyi ümidlə əvəz etmək, ürəklərimizə qələbə və tərəqqi ruhiyyəsini üfürmək, keçmişimizlə indimiz arasında körpü salmaq, tarixi yaddaşımızı yeniləmək, təbiiliyimizi qorumaq və süniliyi bizdən uzaqlaşdırmaqdır. Novruzun məna və əhəmiyyətinə görə İslam da bu dirilik bayramını qadağa etmədi və müsəlman xalqımız bu ənənəni qorudu. Bu bayaram İslam kimi insan fitrətinə əsaslanır, insani dəyərləri aşılayır.
Beynəlxalq bayram
Baharın gəlişini Azərbaycanla yanaşı İran, Özbəkistan, Tacikistan, Qırğızıstan, Pakistan, Əfqanıstan və s. ölkələrdə də bayram edirlər. Bu bayramın əsas məramı insanın təbiətlə vəhdəti, sabahlı gələcəyə ümididir. Novruz bayramını qeyd edən hər bir xalqın özünəməxsus adət ənənləri var. Onlar arasında oxşar cəhətlərlə yanaşı fərqlər də mövcuddur.
Qədim zamanlardan belə bir fikir var idi ki, Novruz günü hər şey təzələnir: ilk yaz yağışı yağır, ağaclar yaşıllaşır, ot bitir. Şərq xalqları bu bayramı İslamdan öncə də qeyd ediblər, bu bayram həyatın mütəmadi olaraq yenilənməsinin rəmzi idi. Ona görə də, Novruzun gəlişinə əvvəlcədən hazırlıq görülür. Həmin gün ev təmizlənməz, ev bayramdan öncə yeni ilin gəlişinə hazırlanmalıdır. Həmçinin, Novruz bayramında başqalarını bağışlamaq, halallaşmaq, qohumların ziyarətinə getmək, ölüləri anmaq, fəqirlərə sədəqə paylamaq, ehsan vermək kimi adətlər şərq xalqları arasında geniş yayılıb.
Qədim iranlılar və yunanlar da baharın gəlişini “Novruz” və “Patrix” bayaramı kimi qeyd edərdilər. Bu gün İpək Yolu boyunca yerləşən bütün ölkələr Novruzu qarşılayırlar.  Orta Asiyada özbək və qazaxlarla yanaşı uyğurlar da bu bayramı qeyd edirlər. Novruz ənənəsi Türkiyə kürdlərində, başğırlarla tatarlarda da var. Taciklər baharın gəlişini “Gülgərdən” və ya “Gülnovruz”, əfqanlar isə “Saleno” və “Nouruz” adlandırırlar. İranda isə martın 21-dən rəsmi təqvim dəyişir. Bütün bu xalqların qədim inancına görə, bayram süfrəsi nə qədər zəngin olarsa, il bir o qədər bərəkətli olar.
Orta Asiyada Novruzu günün çıxması ilə qarşılayırdılar. “Bulaq görsən, qaynağı təmizlə” ayininə əsasən, qazaxlar bayramda bulaq və arxların yanında dan yerinin sökülməsini gözləyirdilər. Günün ilk şuaları ilə hamı ağac əkərdi. Sonra isə carçı küçələri gəzib bayramın gəlişini elan edər, hamını şənliyə dəvət edəri. Yeri gəlmişkən, “naurız-kojə” adlanan ənənvi şirniyyatı bayram gecəsi bişirərdilər ki, səhər hamı istirahət etməli idi. Kişilər güləşər, at çapardı, xanımlar bol süfrə açardı. Günorta çağı şənliklər bitər, molla dua oxuyardı. Ağsaqqallar cavanlara öz xeyirduasını verərdilər, sonra bayram şirinləklirini dadardılar. Bundan sonra axşama kimi akınlar (aşıqlar) deyişirdilər (aytıs). Hava qaraldıqdan sonra hamı əllərində məşəl küçələri gəzirdi.
Tatarlar, əfqanlar və farslar Novruzun özündən savayı axırıncı çərşənbəni - “çərşənbe-suri” də qeyd edirlər. Bizdəki kimi həm axır çərşənbədə həm bayramda tonqal qalanır, səməni cücərtilir. Bayramdan sonra səməni axar suya buraxılırdı. Əfqanlar “Saleno” (Yeni il) adlandırdıqları Novruz bayramının birinci günü rəngli bayraq asırlar və 9 gün ərzində saxlayırlar.
Novruz və İslam
Xalqımızın hansı dinə mənsub olmasından asılı olmayaraq, baharın gəlişi həmişə qeyd olunurdu. Qədim zərdüşt məbədlərində bu bayramda od qalanardı, Avesta oxunardı, maqlar müəyyən ayinlər yerinə yetirərdi. Novruzun məna və əhəmiyyətinə görə İslam da bu dirilik bayramını qadağa etmədi və müsəlman xalqımız bu ənənəni qorudu. Bu bayaram İslam kimi də insan fitrətinə əsaslanır, insani dəyərləri aşılayır. Bütün irqçi təməyyülləri və ayrıseçkilik siyasətini rədd edən İslam yayıldığı ərazilərdə bir sıra ənənələri aradan apardı və ya formasını dəyişdi, Novruz isə toxunulmaz qaldı. Əksinə bu ənənəni, belə demək olarsa, təsdiqlədi. Çünki, başqa xalqlardan fərqli olaraq biz baharın gəlişini Allahın bizə verdiyi nemətlərə şükrü kimi qeyd edirdik. Xalqımız müsəlman olduğu ilk gündən Novruza qarşı mübarizə görməyib, əksinə bu bayram daha da mənəvi bir rəng alıb. Qədimdə Novruz yeni ilin başlanğıcı idi və insanlar Novruz axşamı ilin təhvil olunması ilə bağlı dualar oxuyardı, Allahdan gələn ilin bərəkətli olmasını istəyərdi, Novruz süfrəsinə Quran qoyulardı. Hətta sovetlərin dövründə içki, tort, donuz kolbasası və paytaxt salatı olmadan bayram etməyən ailələr, Novruzda süfrəyə nə haram yemək qoyardı, nə də yad mətbəxin xörəklərini. Novruz süfrəsi bütün “yadlılıqlar”dan təmiz idi, xalis qədim milli xörək və şirniyyatlardan ibarət idi.
Qədim inanclardan biri də, Novruzu Həzrət Əlinin (ə) imam seçilməsi ilə bağlayır. Həzrət Peyğəmbər (s) vida Həccindən qayıdarkən Qədir Xum adlı bir yerdə Allahın əmri ilə insanlara ömrünün son Həccini yerinə yetirdiyini bəyan etdi. Ömrü sona çatdıqdan sonra isə rəhbər olaraq Həzrət Əlini təyin etdi. Həmin zaman Qurani-Kərimin sonuncu ayəsi nazil oldu və imamın tanıdılması ilə din kamala çatdı. Rəvayətlərə görə, həmin gün Novruza təsadüf etmişdi. Ona görə bu bayram əcdadlarımızı öz keçmişləri ilə yanaşı dinlərinə də bağlayırdı. Tam qətiyyətlə demək olar ki, bizi biz edən, bizi fərqləndirən, bizi millət kimi hələ yaşadan iki əsas dəyərimiz var – Məhərrəm əzadarlığı və Novruz bayramı. Bu iki ənənənin bütün ictimai-siyasi əhəmiyyəti bir yana, Aşura ilə Novruz bizə öz əcdadımızın yanında olduğumuzu hiss etdirir. Bu iki hadisənin qeyd olunması ilə milli şüurumuz sanki yenilənir, qədim millətimizin getdiyi bütün tarixi yol gözlərimizn önündə canlanır. Hətta Səfəvilər zamanı Aşura ilə Novruz günü üst-üstə düşəndə bir gün matəm elan olundu, gələn gün isə bayram edildi.
Hicri şəmsi təqvimlə yeni il
Ötən ilin fevral ayında BMT-nin qərarı ilə Beynəlxalq Novruz günü təsis edilmişdi. Buna əsas səbəb bir sıra müsəlman ölkələrində bu bayramın geniş sürətdə qeyd olunması idi. Novruzu qeyd edən xalqlar arasında azərbaycanlılar, farslar, özbəklər, taciklər, hezarilər, pəştunlar, türkmənlər, kürdlər və s. xalqlar var. Əfqanıstan və İranda Novruz günü yeni il başlayır – hicri şəmsi təqvimi təzələnir.
Nəzərə alsaq ki, BMT 1945-ci ildə dünya fövqəldövlətlərinin oyuncağına çevirilmişdi və bütün dünyaya onların ortaq mədəniyyəti təbliğ olunurdu, bu hadisə böyük əhəmiyyət daşıyır. Avropa ənənəsinə uyğun olaraq dünyanın əksər ölkələrində Qriqorian təqvimi yeridilmişdi. Ancaq bu qərarı ilə, BMT şəmsi qəməri təqvimi də tanımış oldu. Onu qeyd edək ki, əgər Qriqorian təqvimi 1582-ci ildə tətbiq olunmağa başlayıbsa, müsəlman astronomları hələ min il öncə şəmsi təqvim hesablayıb təsis etmişdilər. Əgər Qriqorian təqvim heç bir təbii hadisələrlə üst-üstə düşmürsə, hicri şəmsi təqvim təbii təqvimlə eynidir. Ancaq İkinci dünya müharibəsindən sonra dünyanın əksər ölkələri xristian təqvimini qəbul etmək məcburiyyətində olmuşdular.
Hicri qəməri təqvimlə hicri şəmsi Peyğəmbərimizin (s) Məkkədən Mədinəyə hicrətindən hesablanır. Qəməri təqvim Ayın Yer ətrafında dövrü ilə, şəmsi təqvim isə Yerin Günəş ətrafında dövrü ilə bağlıdır. Qəməri təqvim qədim ərəb ənənəsinə uyğun olaraq Məhərrəm ayından başlayır, şəmsi isə təbiətdə baharın başlanması ilə - günlə gecənin bərabər olduğu gündən.






12 Mart, 2011  18:10 Baxılıb: 6681 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner