Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

DEPUTAT ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB VERDİ

Fəzail Ağamalı: “O, Azərbaycan siyasətinə əxlaqsızlıq gətirmək istəyir”

“ Deputatlar qeyri-ciddi, 99 faizi bisavad adamlardır. Onların 100 faizinin iradəsi, mövqeyi yoxdur. Onlar Prezident Administrasiyasının göstərişi ilə hərəkət edirlər. Göstəriş gəlməyəndə də çalışırlar ki, Prezident Administrasiyasında küləyin hansı səmtə əsəcəyini tutsunlar. Odur ki, deputatların bəyanatlarını, qiymətləndirmələrini və mövqelərini ciddi qəbul etmək lazım deyil”.

Politoloq Zərdüşt Əlizadə bu fikirləri mətbuata açıqlamasında bildirib.

Politoloqun ittihamları deputat Fəzail Ağamalının narazılığına səbəb olub.

«Zərdüşt Əlizadənin adı gələndə məndə allergiya yaranır. Əlizadə dünənədək Soros Fondunun imkanlarından istifadə edərək Azərbaycanın dövlət maraqlarının əleyhinə çalışıb. O, Azərbaycan siyasətinə əxlaqsızlıq gətirmək istəyir» deyə, F. Ağamalı «Yeni Müsavat»a açıqlamasında deyib.

F.Ağamalı Z.Əlizadənin atası haqqında da danışıb: “30-cu illərdə neçə-neçə Azərbaycan şairini həbsxanaya saldıran onun atası 70-ci illərin əvvəllərində DTK-ya Əbülfəz Elçibəy haqqında donoslar vermişdi. Bu, tarixdir. Əgər məsələləri daha geniş şəkildə öyrənmək və bilmək istəyirlərsə, 1937-39-cu illərdə ”Kommunist" qəzetində Mübariz Əlizadənin imzasına baxsınlar. Bəlli olacaq ki, o, nə qədər insanın həyatına böyük faciələr gətirib. Hətta bu faktlar da bəllidir ki, Stalin rejimində donosçuluq rolu oynayan Əlizadə 50-ci illərdə Bağırovun üzünə duranlardan biri olub».

RAMİL






12 Mart, 2011  17:18 Baxılıb: 1607 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner