Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Azərbaycanda 9 bala qədər zəlzələ ola bilər

Professor Budaq Budaqov: “…bu ev tikmir, özünə qəbir tikir”

Yaponiyada baş verən zəlzələ və onun doğurduğu dağıdıcı hadisələrin nəticələri bir sıra alimləri bədbin proqnoz verməyə sövq edib. Alimlər ilbəil yer kürəsində seysmik aktivliyin artıdığını əsas gətirərək dövlətləri daha diqqətli olmağa çağırırlar. Azərbaycan da daxil olmaqla, bütün bəşəri ölkələr təbiətin bu sərt üzünə hazır olmalıdır. Bununla bağlı fikirlərini Azərbaycanın tanınmış elm adamı, professor Budaq Budaqov açıqlayıb. Onun sözlərinə görə, Azərbaycanda 9 balla qədər zəlzələ ola bilər. Alim deyir ki, buna görə də aparılan tikintilərə nəzarət olmalıdır: “Mən o zaman Azərbaycanın rayonlarına gedəndə görürdüm ki, bir nəfər əlinə bir bel alıb özünə ev tikir. Kənardan baxıb deyirdim ki, bu ev tikmir, özünə qəbir tikir. Çünki onun tikdiyi evdə nə sement var idi, nə də ki, digər materiallar”.

B. Budaqovun sözlərinə görə, bu gün Azərbaycanda aparılan tikintilər 9 ballıq zəlzələyə uyğun gəlməlidir: “Xəzər dənizində Yaponiyada olduğu kimi dəhşətli bir zəlzələnin olması gözlənilmir. Ümumlikdə, Azərbaycanda zəlzələ gözlənilmir. Amma bu vulkan püskürməsi ilə ola bilməz. Çünki Azərbaycanda olan vulkanlar ancaq palçıq vulkanlarıdır. Yəni bizdə sunaminin olması da gözlənilmir. Amma bununla belə sahil zonasında gücləndirilmiş tədbirlər və işlər aparmaq lazımdır”.






12 Mart, 2011  15:20 Baxılıb: 1452 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner