Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Türkiyə prezidentinin xanımı ölümdən döndü

Onun olduğu maşının sürücüsü huşunu itirib

Türkiyənin birinci xanımı Hayrünnisa Gül Ankaradakı Esenboğa hava limanına gedərkən sürücünün mədəsində başlayan qanaxma üzündən qəza təhlükəsi ilə üzləşib.

Simsar.az -ın İnternethaber.com-a istinadən xəbər verir ki, Türkiyə prezidentinin xanımı Hayrünnisa Gül maşınla Esenboğa hava limanına gedirmiş. Hava limanına çatmağa üç kilometr qalmış birinci xanımın, şəxsi mühafizəçisinin və protokol şöbəsinin rəhbərinin olduğu “Mercedes” markalı xidməti maşının sürücüsünün mədəsində qanaxma başlayıb və sükan arxasında onun vəziyyəti pisləşib. Sürücünün ayağı qaz pedalında qalıb və saatda 90 kilometr sürətlə gedən maşın sağa-sola hərəkət etməyə başlayıb. Sürücünün yanında oturan cangüdən Şirin Şerbetçi özünü itirməyib. O, maşının dərəyə yuvarlanmasının qarşısını alıb, amma dayandırmağa müvəffəq olmayıb. 

Bundan sonra hər şey Hollivud filmlərindəki kimi cərəyan edib. Arxadan gələn müşayiət avtomobilinə hadisə ilə bağlı məlumat verilib. Birinci xanımı müşayiət edən maşınlardan biri yolda digər avtomobillərin hərəkətini dayandırıb. Başqa bir maşın isə birinci xanımın olduğu avtomobilin qarşısına keçib. Xüsusi təlim keçmiş sürücü öz maşınının arxasını birinci xanımın avtomobilinin ön hissəsinə üç dəfə vurmaqla sürətin azalmasına nail olub. Bu yolla maşının hərəkəti dayandırılıb.

Hava limanından yola çıxan təcili tibbi yardım briqadası isə hadisə yerinə gəlib və vəziyyəti pisləşən sürücü, Hayrünnisa Gül və digər heyət üzvlərini hava limanının VİP bölməsinə aparıb. Türkiyənin birinci xanımı bir qədər özünə gəldikdən sonra təyyarəyə minib. Amma uçuş zamanı onun təzyiqi yüksəlib. Təsadüfən həmin təyyarədə olan Ankara Universitetinin professoru Kadir Dökmeci birinci xanımın halının pisləşdiyini görüb. O, Hayrünnisa Gülə sakitləşdirici dərman verib.






12 Mart, 2011  15:03 Baxılıb: 1451 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner