Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Yaşar Nuri səhnəyə çıxacaq

Yaşar Nuri: “Hələ çox yeni rollar oynayacağam ”

 “Mən səhnəsiz yaşaya bilmərəm. Gələn aydan etibarən səhnədə olacağam. Özümü buna hazırlayıram”

APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanın xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru, yenicə müalicədən Vətənə dönən Yaşar Nuri deyib. Aktyor Akademik Milli Dram Teatrının açılışında iştirakından məmnun olduğunu qeyd edib: “Qayıtmağımın səbəblərindən ən əsası teatrın açılışında iştirak etmək, Milli Teatr Gününü burada keçirmək idi. Şükür, bu arzuma da çatdım. Təmir vaxtı teatrın önündən çox keçmişəm. O zaman bu səhnədə yenidən oynamağı arzu edirdim. Çıxış edəcəyəm də. Mən hələ çox yeni rollar oynayacağam. Düzdür, bu gün gəzməyimdə problemlər var, amma özümü tam sağaldacağam, Yaşar səhnədə büdrəməyəcək. Mən indiyə kimi səhnədə büdrəməmişəm. Səhnə məlhəmdir, bu məlhəmdən necə imtina etmək olar?”. 

Qeyd edək ki, Yaşar Nuri ötən gün Akademik Milli Dram Teatrının səhnəsində nümayiş olunan “Qarabğnamə” tamaşasına gələnlər arasında olub.






11 Mart, 2011  16:23 Baxılıb: 1589 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner