Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Yaponiyanı 10 metrlik sunami vurdu

Bölgədə ardıcıl yeraltı təkanlar davam edir

Yaponiyanın şimal-şərq sahillərini sunami vurub. Simsar.az-ın “Kyodo News” nəşrinə istinadən verdiyi məlumata görə, Senday liman şəhərində dalğanın hündürlüyü 10 metrə çatıb. 

Tokio və ətrafındakı yaşayış məntəqələrində ən azı 4 milyon ailənin elektrik enerjisi ilə təminatı dayanıb. Tokioda və Miyaqi əyalətində çoxlu sayda zərərçəkənlər var, onların dəqiq sayı açıqlanmır. Tokioda metro və yüksək sürətli elektrik qatarlarının hərəkəti dayandırılıb. Miyaqi və Fukusima əyalətlərində 4 atom elektrik stansiyasının fəaliyyəti avtomatik dayandırılıb. Takaxaqi şəhərində ən azı bir nəfərin öldüyü, 8 nəfərin itkin düşdüyü bildirilir. Yaponiya hökuməti xarici yardımları qəbul etməyə hazır olduğunu bəyan edib. Bu arada Tibu əyalətində neft emalı zavodunun yandığı barədə də məlumat yayılıb. Yanğının hündürlüyü 30 metrə çatır.

Qeyd edək ki, bu gün Yaponiyada 8,9 bal gücündə zəlzələ olub. Zəlzələnin ocağı Miyaqi əyaləti sahillərindən 130 kilometr uzaqlıqda yerləşib. Yaponiya Geologiya Xidməti bundan əvvəl zəlzələnin gücünün 7,9 bal olduğu, 4-6 metr hündürlükdə sunami dalğalarının gözləndiyini bildirmişdi. Bölgədə hələ də ardıcıl təkanlar davam edir.






11 Mart, 2011  16:02 Baxılıb: 1915 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner