Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Kişilərin sayı surətlə artır

“Bu, bizi narahat etməlidir”

 “Azərbaycan cəmiyyətində kişilərin sayı kəskin surətdə artmaqdadır. Bu, bizi narahat etməlidir. Dövlət Statistika Komitəsinin son məlumatına görə, Azərbaycan əhalisi arasında qadınların sayı 51 faizdən 46 faizə düşüb”. APA-nın məlumatına görə, bu barədə ombudsman Elmira Süleymanova ATƏT-in Bakı ofisinin “Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun implementasiyası: məlumatlandırma və beynəlxalq təcrübə" mövzusunda təşkil etdiyi konfransda bildirib. Qadınların sayının azalmasının əsas səbəblərindən birinin məişət zorakılığı olduğunu deyən E. Süleymanova qeyd dib ki, kriminal abortlar, cinsinə görə ana bətnində dölün məhv edilməsi son illər kişilərinin sayının artmasına səbəb olub: “Məişət zorakılığının müxtəlif formaları insan hüquqlarının pozulması ilə sıx bağlıdır. Məişət zorakılıqlarının kökündə cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin aradan qaldırılmaması dayanır”. 

Ombudsman bildirib ki, qadınlara qarşı ayrı-seçkilik ailədə, əmək bazarında, sahibkarlıqda, güzəştli kreditlərin verilməsində müşahidə olunur: “Nəticədə qadınlar iqtisadi baxımdan həyat yoldaşlarından asılı vəziyyətə düşür və onların ailələrdə qərar verə göstəriciləri zəifləyir. Problemlə dərin mübarizə aparmaq üçün dəqiq statistika olmalıdır”.






11 Mart, 2011  15:41 Baxılıb: 1341 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner