Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Zərnigar Ağakişiyeva Milli Dram Teatrını tərk edib

“Bəsdir, başqa rollar oynayıb, özgə həyatlar yaşadım, bir az da öz rolumu oynayıb, öz həyatımı yaşamaq istəyirəm”

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Zərnigar Ağakişiyeva çalışdığı teatrı tərk edib. Simsar.az-ın məlumatına görə, aktrisa teatrdan getməsini təqaüd yaşının çatması ilə əlaqələndirərək, hələ bir qədər gecikdiyini vurğulayıb: “Artıq yorulmuşam... Nə qədər gərgin çalışmaq, hansısa obraz barədə düşünərək, ona daxil olmağa çalışaraq yaşamaq olar. 1973-cü ildən belə yaşayıram - başqa rollar oynamaqla, başqa həyatları canlandırmaqla... İndi daha öz rolumu oynamaq, öz həyatımı canlandırmaq istəyirəm”. 

Aktrisanın dediyinə görə, ona teatrdan “get” deyən olmayıb: “Əksinə mənə çox böyük diqqət, qayğı göstərdilər. Vaxtında getməyi bacarmaq da qəhrəmanlıqdır - mən getdim. Təqaüd alıram, öz həyatımı rahat yaşamaq istəyirəm.”

Səhnəmizin Dilbəri uzun illərdir şəkər xəstəliyindən əziyyət çəkir. Özünün də dediyi kimi vaxtlı vaxtında yeyib-içməli, dərmanlarını qəbul etməli və istirahət etməlidir: “Ona görə də işdən çıxmaqla ən düzgün addım atdım. Son illər hökumət mənə geniş, təzə mənzil də verib. Daha nə lazımdır - bir az da özüm üçün yaşamaq”.






10 Mart, 2011  20:49 Baxılıb: 1683 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner