Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

ATƏT nümayəndələri erməni vandalizimindən şoka düşdülər

Nizami Sadıqov: "Ermənilərin snayperdən açdığı atəş nəticəsində 9 yaşlı Fariz Bədəlovun həlak olması barədə də onlara ətraflı məlumat verdim"

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, Uilyam Praroy və Jaslan Nurtazin bu gün Ağdam Rayon İcra Hakimiyyətində olublar.

APA-nın Qarabağ bürosunun məlumatına görə, onlar Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqovla görüşüblər.

Görüşdən sonra jurnalistlərə açıqlama verən N. Sadıqov səhra köməkçilərinə qoşunların təmas xəttində atəşkəsin ermənilər tərəfindən mütəmadi pozulması, düşmənin son vaxtlar dinc əhalini hədəfə alması barədə məlumat verdiyini bildirib: “Martın 8-də ermənilərin snayperdən açdığı atəş nəticəsində 9 yaşlı Fariz Bədəlovun həlak olması barədə də onlara ətraflı məlumat verdim. Səhra köməkçiləri 9 yaşlı məktəblinin öldürülməsi xəbərini eşidəndə şoka düşdüklərini bildirdilər”.

İcra başçısı ATƏT nümayəndələri ilə təmas xəttində ümumi vəziyyəti müzakirə etdiklərini də söyləyib.

Görüşdən sonra səhra köməkçiləri 2002-ci il təvəllüdlü Bədəlov Fariz Arif oğlunun vurulduğu ərazidə monitorinq keçirmək üçün Orta Qərvənd kəndinə yollanıblar.

Qeyd edək ki, bu gün, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Goranboy rayonunun Borsunlu kəndi yaxınlığındakı təmas xəttində monitorinq keçirilib. Monitorinq zamanı heç bir insident qeydə alınmayıb.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, Uilyam Praroy və Jaslan Nurtazin, təmas xəttinin qarşı tərəfində isə Antal Herdiç və Xristo Xristov keçiriblər.






10 Mart, 2011  17:50 Baxılıb: 1406 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner