Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

YAP - çı gənclərə tapşırıq verildi

Əli Əhmədov: "Ermənilərin dəstəklədikləri şüarları irəli sürən gənclərlə bir yerdə ola bilməzsiniz"

Martın 9-da Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının qərargahında YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov partiyanın Gənclər Birliyinin fəalları ilə görüşüb. 

Partiyanın mətbuat xidmətindən yayılan məlumata görə, Ə. Əhmədov qeyd edib ki, bu gün Azərbaycan gəncliyi ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, eləcə də, dövlətin xüsusi diqqət və qayğısı sayəsində sürətlə inkişaf edir. Hazırda YAP üzvlərinin sayının 530 minə çatdığını deyən Ə. Əhmədov bildirib ki, partiyada təmsil olunanların 40 faizini məhz gənclər təşkil edir. O qeyd edib ki, gənclər partiyamızın güclü dayaqlarından biridir: “Prezident İlham Əliyev hər zaman gənclərə böyük önəm verir, dövlət başçısının təşəbbüsü ilə ölkədə həyata keçirilən gənclər siyasəti uğurla davam edir. Azərbaycanın ən fəal gəncləri isə məhz YAP-ın sıralarındadır. Son vaxtlar YAP Gənclər Birliyinin fəaliyyəti xeyli genişlənib. Ölkənin ictimai-siyasi həyatında partiyanın gəncləri fəal iştirak edirlər. Beləliklə, onlar ölkə Prezidentinin həyata keçirdiyi siyasətə dəstək olurlar”.

YAP Sədrinin müavini son vaxtlar bir neçə müxalifət partiyasının nəzarətində olan və xüsusilə də ölkədən kənardakı dairələrlə əlaqəsi olan bir qrup gəncin sosial şəbəkələrdən istifadə edərək müəyyən çağırışlar etdiyini, təxribatçı ideyalar ortaya atdığını bildirdi. “Birmənalı şəkildə bildirmək istəyirəm ki, Azərbaycan gəncləri bu ideyaları dəstəkləmirlər. Belə çağırışlara səs verənlərin sırasında çoxlu sayda ermənilər var. Azərbaycan torpaqlarını işğal etmiş ermənilər tərəfindən dəstəklənən bir ideyanın ölkəmizin əleyhinə olduğunu sübut etməyə heç bir ehtiyac yoxdur. Çünki Azərbaycanın xeyrinə olan ideyalar heç vaxt ermənilər tərəfindən dəstəklənməz. Mən təklif edərdim ki, bu gənclər Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi ilə bağlı çağırışlar etsinlər. Mən bütün Azərbaycan gənclərinə üzümü tutub demək istəyirəm ki, ermənilərin dəstəklədikləri şüarları irəli sürən gənclərlə bir yerdə ola bilməzsiniz”.






10 Mart, 2011  16:44 Baxılıb: 1376 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner