Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Milli Büdcə Qrupu 2010-nun makroiqtisadi siyasətini öyrənib

Qrupun ekspertləri martın 14-də geniş hesabatla çıxış edəcək 

Milli Büdcə Qrupu (MBQ) Azərbaycanın 2010-cu il üzrə makroiqtisadi siyasətini qiymətləndirib. 

MBQ-nin ekspertləri hesab edir ki, Azərbaycan iqtisadiyyatında illər üzrə müəyyən göstəricilərdə artım müşahidə olunur. MBQ bu artımın arxasında hansı faktorların dayanmasını öyrənib.

MBQ ötən ilin makroiqtisadi təhlili ilə bağlı martın 14-də hesabatla çıxış edəcək. Tədbir Avropa otelinin Kür zalında keçiriləcək.

Neft gəlirlərinin nəsillər arasında bərabər bölgüsünün aparılmasının vacibliyini, xərcləmələrin kəskin artımını və bunun təhlükəyə yol açması faktını nəzərə alan MBQ geniş tədqiqatın nəticələrini diqqətə çatdıracaq.

Təqdimat zamanı Azərbaycanda iqtisadi artımın mənbələri, ÜDM-in komponent dəyişiklikləri və makroiqtisadi struktur problemləri, hökumətin fiskal siyasəti və monetar vəziyyətin dəyərləndirilməsi, o cümlədən tədqiqatdan əldə edilən əsas tapıntılara və təkliflərə xüsusi yer ayrılacaq.

RAMİL






10 Mart, 2011  15:36 Baxılıb: 1602 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner