Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Nəsibə Zeynalovanın vəfatından 7 il ötür

Martın 10-da vəfat edən aktrisanın adını tarix Teatr günü ilə birlikdə yazacaq

Azərbaycan sənətsevərləri arasında “Qaynana” kimi sevilən, Milli Musiqili Komediya teatrının inkişafında müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını ləyaqətlə çiyinlərində daşıyan Nəsibə Zeynalovanın ölümündən bu gün 7 il keçir. Aktrisa üçün rolun böyük-kiçikliyi önəmli deyildi, o ən kiçik hesab olunan obrazı belə yüksək səviyyədə təqdim etməyi və sevdirməyi bacarırdı. Azərbaycan tamaşaçısı onun ifasında ən adi kolxozçu obrazına da dəfələrlə baxmaqdan yorulmaz.

Nəsibə Zeynalovanın yaradıcılığının ən parlaq dövrü isə çağdaş bəstəkarların müasir mövzusu musiqili komediya əsərlərinin tamaşalarındakı bir-birindən fərqlənən komik personajların ifası ilə bağlıdır. “Hicran”da Qızbacı, “Ulduz”da Zuleyxa “Qaynana”da Cənnət obrazları ilə xalqın ürəyində əbədi yer tutan, Nəsibə Zeynalovanın yaradıcılıq potensialı nəinki teatr səhnəsində, kinoda da böyük miqyasda açıldı.

“Bizim Cəviş muəllim” də daxil olmaqla “Ögey ana”, “Böyük dayaq”, “Qanun naminə”, “Bəyin oğurlanması”, “Mən mahnı qoşuram”, “Qorxma, mən səninləyəm”, “Yuxu” və bir neçə filmlərdə əsasən kiçik rollar oynamasına baxmayaraq, hər bir obrazı yaddaqalan, baxımlı etməyi bacarırdı.

Nəsibə xanım artıq həyatda olmasa da, Azərbaycan xalqının qəlbindən onun adı heç vaxt silinməyəcək. Çünki o hələ sağlığında ikən öz əbədiliyini qazanmışdı. Xatırladaq ki, Xalq artisti Nəsibə xanım Zeynalova martın 10-u, teatr günü dünyasını dəyişib. Həyat onun adını teatrla yanaşı yazdı.






10 Mart, 2011  15:25 Baxılıb: 1980 Çap

Bu bölmədə

18 Sentyabr, 2020
Milli Musiqi Günüdür

XƏBƏR LENTİ





27 Noyabr, 2020  00:28

25 Noyabr, 2020  16:40






18 Noyabr, 2020  12:52



17 Noyabr, 2020  09:39

14 Noyabr, 2020  10:33


















25 Oktyabr, 2020  23:08


24 Oktyabr, 2020  11:14



23 Oktyabr, 2020  11:17











sagbanner