Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Teymur Rəcəbov dünya çempionunu məğlub etdi

Şəmkirdə təşkil edilən Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri davam edir.

Simsar.az-ın məlumatına görə, yarışların beşinci günü azərbaycanlı şahmatçı Teymur Rəcəbov üçün uğurlu olub.

Təmsilçimiz turnirin əsas favoriti, dünya çempionu Maqnus Karlsenə qalib gəlib.

A turniri

5-ci tur

Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov (Azərbaycan) - 0:1

Hikaru Nakamura (ABŞ) - Sergey Karyakin (Rusiya) - 0,5:0,5

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Fabiano Karuana (İtaliya)

Turnir cədvəli: Karlsen, Karuana - 2,5 xal, Karyakin, Rəcəbov, Nakamura - 2, Məmmədyarov - 1.

Dünya çempionu Maqnus Karlsen “Shamkir Chess 2014” turnirində ardıcıl iki məğlubiyyəti yorğunluqla izah edib:

"Partiya zamanı bir neçə dəfə səhv etdim. Rəqib bundan yaxşı istifadə etdi. Qara fiqurlarda üstünlük yarandı. Seytnot zamanı artıq vəziyyətin pisləşdiyini gördüm. Bilmirəm, nə baş verir. Ardıcıl ikinci məğlubiyyət yorulduğumu göstərir. Mənə dincəlmək lazımdır. İstirahət günündən sonra yəqin, öz oyunumu bərpa edəcəyəm. İndi hiss edirəm ki, enerjim qalmayıb".






24 Aprel, 2014  20:20 Baxılıb: 699 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner