Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

DİN RATİ ƏMƏKDAŞLARININ SÖYLƏDİKLƏRİNİ TƏKZİB EDİR

Sadiq Gözəlov: “Bunlar polisə qarayaxmadan başqa bir şey deyil...”

Martın 7-də RATİ əməkdaşları Mehman Hüseynovla Əbülfəz Namazov saxlanılaraq Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) aparılıb. Saxlanılan gənclər mətbuat konfransı keçirərək bildiriblər idarədə onlara “Facebook” səhifəsindəki yazışmalarını göstərərək hədə-qorxu gəliblər: “Dedilər ki, “Böyük xalq günü”nü təşkil edənlər xaricdədir, sən də onların buradakı nümayəndəsisən. Dedilər ki, 11 martda keçiriləcək tələbə mitinqi ilə bağlı vərəqələri şəhərdə sən yayırsan. İdarənin rəisi dedi ki, biz bilirik, 11 martda keçiriləcək mitinqi ABŞ-ın Bakıdakı səfirliyi təşkil edib”. 

DİN mətbuat xidmətinin rəisi Sadiq Gözəlov isə bu açıqlamaya etiraz olaraq bildirib ki, sözügedən xəbərdə haqqında söhbət gedən mitinqin ABŞ-ın ölkəmizdəki səfirliyi tərəfindən təşkil edilməsiylə bağlı guya idarə rəisinin adından deyilən fikirlər həqiqətə uyğun deyil, müəyyən qüvvələr və şəxslər tərəfindən məqsədyönlü şəkildə dövriyyəyə buraxılmış təxribat xarakterli dezinformasiyadır: “Mehman Hüseynov və Əbülfəz Namazovun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb, onlara hədə-qorxu gəlinməsi və hansısa polis rəsmisinin adından mitinqi guya ABŞ səfirliyinin təşkil etməsi haqda deyilənlər ağ yalandır. Ümumiyyətlə, adları çəkilən şəxslər BMCMİ-yə aparılmayıblar. Mitinqi guya ABŞ-ın Bakıdakı səfirliyinin təşkil etməsi barədə iddialar Azərbaycan və Amerika arasında dostluq və sıx əməkdaşlıq əlaqələrinə bilərəkdən kölgə salmağa yönəlmiş uğursuz cəhddən başqa bir şey deyil”. 
Sadiq Gözəlovun sözlərinə görə, M.Hüseynov və Ə.Namazov martın 7-də saxlanılaraq Nərimanov RPİ-yə aparılıblar: “Onlar 2 saata qədər idarədə olub, müvafiq araşdırmalar aparıldıqdan sonra sərbəst buraxılıblar. Burada hər iki şəxsə heç bir təzyiq olmayıb. Eyni zamanda onlara aksiyanın kimlərsə tərəfindən hazırlaması ilə bağlı konkret bir söz deyilməyib. Bir daha bildirirəm ki, bu, polisə yönəlmiş qarayaxmadan başqa bir şey deyil”.
Xatırladaq ki, sözügedən hadisə barədə ölkənin bir sıra mətbuat orqanlarında xəbər yayılıb. Saxlanılanlar bu barədə keçirdikləri mətbuat konfransında məlumat veriblər.






9 Mart, 2011  20:58 Baxılıb: 1462 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner