Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazir: “Əhalinin gəlirləri 6,5 dəfə artıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə səfərdə olan Niderland Krallığı Senatının üzvü Rene Van der Lindeni və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. S.Müslümov prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində ölkəmizin davamlı inkişaf tempinə malik olduğunu konkret göstəricilər əsasında nümayəndə heyətinin diqqətinə çatdırıb.  Azərbaycanın son on ildə 3,2 dəfə iqtisadi artıma nail olduğunu qeyd edən nazirbu dövrdə qeyri-neft sektorunun 2,6 dəfə artdığını, həmçinin respublikada 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni iş yerinin, 55,6 min müəssisənin yaradıldığını bildirib:

“Ölkənin iqtisadi tərəqqisi sosial rifah göstəricilərinin də yüksəlməsi ilə müşaiyət olunur. Bunun bariz ifadəsi kimi, qeyd olunan müddətdə ölkədə orta aylıq əməkhaqqı 5,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə artıb. Hətta inkişaf etmiş ölkələrdə işsizlik səviyyəsi artmaqda olduğu halda, Azərbaycanda iqtisadi inkişaf, çoxsaylı yeni iş yerlərinin yaranması və məşğulluq imkanlarının genişlənməsi işsizliyin 5 faizə enməsinə səbəb olub”. Nazir uğurlu sosial-iqtisadi inkişaf proseslərinin eyni zamanda yoxsulluğun 5,3 faizə enməsi ilə nəticələndiyini, BMT İnkişaf  Proqramının 2013-cü ilə dair «İnsan İnkişafı Hesabatı»na əsasən, Azərbaycanın insan inkişafı indeksinin orta illik artım tempinə görə MDB məkanında ilk yerə layiq görüldüyünü bildirib.

Respublikamızda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarının inkişafı, işçi resurslarının keyfiyyətinin yüksəldilməsi, əmək hüquqlarının təminatı sahələrində görülən işlər və onların müsbət nəticələri barədə söz açan S.Müslümov bu sahələrdə aparılan islahat tədbirlərinin dünya təcrübəsindən irəli gələn müasir yanaşmalara istinad etdiyini vurğulayıb. “Əmək və sosial müdafiə sahəsində ayrı-ayrı ölkələrlə əməkdaşlıq, qarşılıqlı  təcrübə mübadiləsi bizim üçün əsas fəaliyyət prinsipidir. Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında siyasi, iqtisadi və digər sahələrdə daim inkişaf edən əlaqələr əmək və sosial müdafiə sahəsində də fəal əməkdaşlığa şərait yaradır”.

Rene Van der Linden Azərbaycanda, bütün sahələrdə olduğu kimi, rifah səviyyəsinin yüksəldilməsi sahəsində də aparılan uğurlu işlərin ölkəsi tərəfindən maraqla izlənildiyini və iki ölkə arasında əməkdaşlıq əlaqələrinin qeyd edilən sahələr üzrə də genişləndirilməsinin məqsədyönlü olduğunu vurğulayıb. Görüşdə Azərbaycanla Niderland Krallığı arasında  əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.

 






24 Aprel, 2014  16:31 Baxılıb: 684 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner