Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Breykdans üzrə Beynəlxalq çempionat başlayır

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında breykdans üzrə “Red Bull BC One” Beynəlxalq çempionatının növbəti seçmə mərhələsi keçirilib.

Simsar.az xəbər verir ki, ölkənin 16 istedadlı bi-boyları nadir təkbətək formatlı batllarda öz breykdans stilini nümayiş etdirərək “ən yaxşısı” titulu uğrunda yarışıblar.

Gərgin mübarizə şəraitində keçən “Red Bull BC One Azerbaijan Cypher-2014” seçmə mərhələsinin qalibi STIMO olub. O, Xorvatiyada keçiriləcək “Red Bull BC One” Şərqi Avropa seçmələrində ölkəmizi təmsil edəcək.

Qeyd edək ki, “Red Bull BC One” turniri ilk dəfə 2004-cü ildə İsveçrənin Bil şəhərində keçirilib. Sonrakı illər ərzində çempionatlar Almaniya, Braziliya, Cənubi Afrika Respublikası, Fransa, ABŞ, Yaponiya, Rusiya və Koreya Respublikasında keçirilmişdir. Azərbaycan iştirakçılar sırasına 2011-ci ildən daxil olub.

Hazırda “Red Bull BC One” turniri hip-hop mədəniyyətində əsas hadisələrdən biridir və bu sənət növünü populyarlaşdırmağa kömək edir. Lakin bununla bərabər əvvəlki “təkbətək” batll formatını qoruyub saxlayır.

Bütün il ərzində bi-boylar “Red Bull BC One” seçmə yarışlarının gedişində kimin güclü və həm də dünya finalında çıxış etməyə layiq olduğunu müəyyənləşdirməlidirlər. Hər ölkədən olan on altı bi-boy rəqs meydançasında kimin ABŞ, Braziliya, Əlcəzair, Finlandiya, Xorvatiya və Tayvanda keçiriləcək altı finaldan birində ölkəsini təmsil etməsinə aydınlıq gətirəcək.

Qaliblər noyabr ayında Fransada keçiriləcək dünya finalında görüşəcəklər.

Günel







24 Aprel, 2014  15:25 Baxılıb: 866 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner