Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

AMEA Genuya Universiteti ilə memorandum imzalayıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Hüquq İnstitutu ilə ilə İtaliyanın Genuya Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb
İnstitutdan Simsar.az-a verilən məlumata görə, Fəlsəfə və Hüquq İnstitutunun konfrans zalında təşkil olunan tədbiri giriş sözü ilə institutun direktoru, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə açıb. O, İnstitutun fəaliyyət istiqamətlərindən danışıb, memorandumun azərbaycanlı və italiyalı alimlər arasında elmi əlaqələrin genişləndirilməsinə müsbət təsiri olacağını vurğulayıb: “İtaliyanın Genuya Universiteti ilə əməkdaşlığın qurulmasında əsas məqsəd beynəlxalq konfranslar, simpoziumlar keçirməklə azərbaycanlı və italiyalı alimlərin fikir mübadiləsini təmin etmək, hər iki müəssisə üçün maraqlı olacaq təhsil proqramlarının sənədləri, elmi araşdırmalar haqqında məlumat verməkdir. Genuyada təhsil almağı, təcrübə keçməyi planlaşdıran doktorantların seminar və təlimlərdə iştirakını, qısamüddətli səfərlərini təşkil etməyi düşünürük. Yaxın gələcəkdə İtaliyanın Venesiya Universiteti ilə belə bir memorandumun imzalanması da gözlənilir”.
AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, müxbir üzv Teymur Kərimli Azərbaycanla İtaliya arasında qurulan beynəlxalq əlaqələrdən, humanitar elm sahələri üzrə aparılan işlərdən danışıb. İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo son illər iqtisadi əlaqələrin genişlənməsi ilə yanaşı, elm sahəsində də uğurlu addımların atıldığını dilə gətirib.

Tədbirin davamında çıxış edən İtaliyanın Genuya Universitetinin vitse-prezidenti Mişel Marsone hazırda ali məktəbdə təhsil alanlar arasında azərbaycanlı tələbələrin azlıq təşkil etdiyini və humanitar elmlər sahəsində əlaqələrin genişləndirilməsinə ümid etdiyini dilə gətirib: “Genuya Universiteti İtaliyanın ən qədim universitetlərdən biridir. Hazırda ali məktəbdə 3000-ə yaxın xarici tələbə təhsil alır. Azərbaycanlılarla müqayisədə, Çin, Rusiya, Cənubi Amerika və digər ölkələrdən gələn tələbələr daha çoxdur. Memorandumun imzalanmasının bu əlaqələrin genişləndirilməsi üçün bir addım olduğunu düşünürəm. Bu, Azərbaycana ikinci səfərimdir. 2009-cu ildə ilk səfərim zamanı Azərbaycanın bir çox universitetlərində görüşümüz olmuşdu, texniki elm sahələri üzrə əlaqələr qurulmuşdu. Humanitar sahədə əlaqələrin genişlənməsi mədəniyyətlərin tanınmasında əsas rol oynayır”.

Daha sonra Universitetinin vitse-prezidenti Mişel Marsone İnstitutun direktoru İlham Məmmədzadəyə Genuya Universitetinin simvolu, üzərində Xristofor Kolumbun gəmisinin yelkəni olan medalı təqdim edib.
“Humanitar elmləri çox sevirəm” deyən Azərbaycanın İtaliyadakı fəxri konsulu Marqarita Kosta bu sahədə elmi əlaqələrin genişləndirilməsindən sevinc hissi duyduğunu söyləyib.
Qeyd edək ki, aprelin 25-də İnstitutun konfrans zalında dəyirmi masanın keçirilməsi də nəzərdə tutulub.

Aysel Kərimova








24 Aprel, 2014  14:31 Baxılıb: 886 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner