Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Qız qalası” təqdim olundu

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Azərbaycanın Polşadakı səfiri, tarix üzrə elmlər doktoru Həsən Həsənovun “Qız qalası” kitabının təqdimat mərasimi keçirilib.
Simsar.az xəbər verir ki, mərasimdə bir sıra dövlət qurumlarının, ictimaiyyətin və KİV-lərin nümayəndələri, alimlər, tədqiqatçılar və digər qonaqlar iştirak ediblər.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev çıxış edərək İçərişəhərin tarixi simasının qorunub saxlanması və gələcək nəsillərə çatdırılmasında qoruq ərazisində abidələrin bərpası və konservasiyası üzrə həyata keçirilən layihələrlə yanaşı, elmi araşdırmaların aparılmasının da böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, təqdim olunan yeni kitabın İçərişəhərdə yerləşən abidələrin, eləcə də Qız qalasının tarixinin dəqiqləşdirilməsində, əsaslandırılmış məlumatların formalaşdırılmasında əvəzsiz rola malik olacağına inandığını bildirib.
Samir Nuriyev, həmçinin kitabın gələcəkdə tarix-memarlıq irsimizlə bağlı bu və digər maraqlı mövzular üzrə yeni əsaslı araşdırmaların aparılması üçün təkan verəcəyinə ümid etdiyini söyləyib, bu istiqamətdə bütün təkliflərə dəstək verməyə hazır olduqlarını vurğulayıb.
Kitabın müəllifi Həsən Həsənov gərgin araşdırmalara əsaslanan araşdırma əsərinin əhatə etdiyi tədqiqatlar və əldə olunan nəticələr haqqında ətraflı təqdimatla çıxış edib.
Müəllif bildirib ki, kitabda Qız qalasının tarixi tamamilə yeni bir baxışda araşdırılıb. İndiyədək tarixi mənbələrdə Qız qalasının əksər hallarda eramızın XII əsrinə aid edildiyini, türk əsilli Azərbaycan xalqına aidiyyəti olmadığının göstərildiyini diqqətə çatdıran Həsən Həsənov qeyd edib ki, kitabın əsas məqsədi Qız qalasının hansı xalq tərəfindən tikildiyini aşkara çıxarmaq, həmin xalqın hansı dilə və dinə mənsub olduğunu araşdırıb ortaya qoymaqdan ibarətdir.
Müəllif əvvəlki mənbələrdə göstərilən fikirlərin yanlış olduğunu qeyd edərək bildirib ki, Qız qalası eramızdan əvvəl VIII əsrdə tikilib. Belə bir qənaətə gəlməyə arxeoloji cəhətdən əsaslar vardır.
Həsən Həsənov yeni tədqiqat əsərində belə bir fikir irəli sürüb ki, Qız qalası türk əsilli, bütpərəst kimmer və skif tayfaları tərəfindən inşa edilmiş, ulu od tanrısı Tabitiyə həsr olunmuş və bu tayfaların müqəddəs yeri olub.
Nəzərə çatdırılıb ki, səkkiz mərtəbədən ibarət olan Qız qalasının hər mərtəbəsi ayrılıqda bir məbəddir və bir-birinin üzərinə qoyularaq səkkizmərtəbəli məbəd alınmışdır. Müəllif hər bir mərtəbənin fəlsəfi mənasını açaraq, hansı məqsədlə tikildiyini faktlar əsasında təhlil edib.
Üç hissədən ibarət olan kitab rus dilində nəşr olunub.
Kitabın titul vərəqində Xalq Rəssamı Tahir Salahovun əl işi təqdim edilib. Həmçinin Qız qalasının tarixi və onun haqqında araşdırmalarla bağlı fotoşəkillər verilib.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sifarişi ilə nəşr olunmuş kitaba AMEA-nın Memarlıq və İncəsənət, Tarix və Dilçilik institutlarının nümayəndələrinin də daxil olduqları yerli və xarici alimlər heyəti rəy verib. Kitabın elmi redaktoru mərhum akademik Rasim Əfəndiyevdir.

Günel






24 Aprel, 2014  13:23 Baxılıb: 1129 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner