Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Əli bəy Hüseynzadə Salyanda anılacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, aprelin 25-də Salyan şəhərində görkəmli Azərbaycan ədibi Əli bəy Hüseynzadənin 150a illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək.Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a bildirilib ki, bir çox elm, mədəniyyət xadimlərinin və müvafiq dövlət strukturları nümayəndələrinin iştirak edəcəkləri tədbirdə Əli bəy Hüseynzadənin zəngin həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açılacaq.

Əli bəy Hüseynzadə 1864-cü il fevralın 24-də Salyan rayonunda anadan olmuşdur. O, böyük Azərbaycan ədibi, filosof və orijinal tərcüməçi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biridir. Əli bəy Hüseynzadə bütün şüurlu ömrü boyu öz məhsuldar qələmi ilə ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ etmiş, türkçülüyü ideologiya səviyyəsinə qaldırmış böyük bir şəxsiyyətdir.

Böyük mütəfəkkir 1885-ci ildə Peterburq Universitetinin riyaziyyat fakültəsinə daxil olmuş, eyni zamanda, Şərq fakültəsində görkəmli professorların mühazirələrini dinləmişdir. Əli bəy Hüseynzadə, həmçinin Sankt-Peterburq İmperator Rəssamlıq Akademiyasında təhsil alıb, O , bir sıra yüksək qiymətləndirilmiş rəsm əsərlərinin müəllifidir. Onun rəsmləri Bakı muzeylərində, İstanbul və Parisdə şəxsi kolleksiyalarda saxlanılır.

Əli bəy Hüseynzadə XX yüzilliyin əvvəllərində mətbuat meydanına yeni bir nəfəslə, milli oyanış ideyaları ilə daxil olan, xalqımızın mədəni inkişafında dövrün tarixi rolunu ifadə edən "Füyuzat" jurnalının təsisçilərindən biri və baş redaktoru olub.

XX əsr Azərbaycan ictimai fikrində silinməz iz qoymuş Əli bəy Hüseynzadə 1940-cı ildə-ömrünün 76-cı ilində İstanbulda vəfat edib.

Günel







24 Aprel, 2014  11:55 Baxılıb: 786 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner