Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Vergilər Nazirliyi: şikayətlər azalıb

2014-cü ilin 1-ci rübü ərzində dövlət vergi orqanlarına cəmi 21824 müraciət daxil olub ki, onlardan 98,7%-i ərizə, 1,2%-i şikayətdir. Vergilər Nazirliyinin Analitik- informasiya şöbəsindən Simsar.az-a verilən məlumata görə, müraciətlərin 39,2%-i müxtəlif arayışların alınması, 29,4%-i kameral vergi yoxlamaları, 6,8%-i səyyar vergi yoxlamaları, 8%-i vergi borcları, 0,2%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,1%-i korrupsiya hüquqpozmaları, 15,6%-i digər məsələlərlə bağlıdır.
Hesabat dövründə vergi orqanlarına daxil olan şikayətlərin faktiki sayı ötən ilin müvafiq dövrünə nisbətən 18,9% azalıb, eyni və təkrar müraciətlər nəzərə alınmaqla faktiki şikayətlərin sayı cəmi 159 olub.
Müraciətlərin 75,1%-i müsbət həll olunub, 14,9%-i barədə müvafiq izahatlar verilib, 3,3%-i əsassız sayılıb, 1,3%-i qismən həll olub, 0,9%-i aidiyyəti üzrə göndərilmiş, 4,5%-i icradadır. Şikayətlərin 28,3%-i əsassız sayılıb, 42,5%-i üzrə müvafiq izahatlar verilib, 9,5%-i müsbət həll olunub 7,1%-i aidiyyəti üzrə göndərilib, 0,4%-i qismən həll olunub, 12,2%-i icradadır.
2014-cü ilin 1-ci rübündə Vergilər Nazirliyi tərəfindən qəbul edilib, 197 nəfər vətəndaşın müraciətlərinin 55-i vergi orqanlarında işə qəbul olunma, 15-i iş yerinin dəyişdirilməsi, 1-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliklərindən) şikayət, 126-sı maddi yardım almaq, şəxsi və digər məsələlərlə əlaqədar olub.

Aysel Kərimova








24 Aprel, 2014  11:35 Baxılıb: 632 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner