Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Tanınmış kinorejissorun yubileyi keçiriləcək

Aprelin 26-da Beynəlxalq Muğam Mərkəzində milli kino sənətinin inkişafında əhəmiyyətli xidmətləri olan tanınmış kinorejissor, Xalq Artisti, professor Tofiq İsmayılovun anadan olmasının 75, sənət fəaliyyətinin isə 55 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə tanınmış elm və incəsənət xadimlərinin iştirak edəcəkləri tədbirdə sənət adamlarının rejissor haqqında fikirləri dinləniləcək, filmlərindən fraqmentlər nümayiş olunacaq.
Tofiq İsmayılov onlarla bədii filmə quruluş verib. Həmin filmlər arasından “Gilas ağacı”, “Bir küçənin oğlanları”, “Oxuyur Müslüm Maqomayev”, “Mən nəğmə bəstələyirəm”, “Vulkana doğru”, “Əzablı yollar”, “Musiqi müəllimi”, “Sürəyya” və başqa, yüksək bədii zövqü ilə seçilən, milli mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə xidmət edən ekran əsərlərini qeyd etmək olar.
Rejissorun yarım əsrdən çox dövrü əhatə edən sənət yolu yalnız yaradıcılıqla məhdudlaşmır. O, uzun illərdir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur, yetişdirdiyi bir çox tələbələr bu gün sənətdə aparıcı mövqe tuturlar. Tofiq İsmayılov bir müddət Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetində dərs demiş, iki qardaş ölkə arasındakı mədəni əlaqələrin möhkəmləndirilməsinə xidmət göstərib.

Günel






24 Aprel, 2014  10:57 Baxılıb: 810 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner