Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“28 Cinema”da möhtəşəm film -Premyera

Kinoteatr bütün dünyada səbirsizliklə gözlənilən filmin nümayişlərinə başlayır.
Simsar.az xəbər verir ki, Azərbaycanın premium səviyyəli kinoteatrı “28 Cinema”da möhtəşəm filmin premyerası olacaq. Belə ki, kinoteatr aprel ayının 24-də bütün dünyada səbirsizliklə gözlənilən “Yeni Hörümçək-adam: Yüksək gərginlik” 3D filminin nümayişlərinə başlayır.
Piter Parker çətin həyat yaşamalıdır – Hörümçək-adam superqəhrəman olaraq oğruları dayandırmalı, Qven Steysi ilə görüşməli və məktəbdəki buraxılış imtahanlarına hazırlaşmalıdır. Piter Steysinin atasına verdiyi vədi yaddan çıxarmayıb, lakin vədə əməl edə bilmir. Hər şey isə yeni cani - Elektronun peyda olması, köhnə dostu Qarri Ozbornın qayıdışı və keçmişi ilə bağlı yeniliklər ilə dəyişir.
Filmin öncəki hissələrindən bildiyimiz kimi, Piter Parker, filmin hər yeni hissəsində yeni geyim ilə çıxış edir. Bu dəfə filmin rejissoru Uebbin başçılığı altında dizaynerlər baş qəhrəmanın geyimini tam komiksdə olduğu kimi etməyə çalışıblar.
Filmin musiqisini qurmaq üçün isə Mark Uebb “Oskar” mükafatı qazanmış bəstəkar Hans Zimmerə yeni bir qrup yaratmasını xahiş edib. Qrupa Farrel Uilyams, The Smiths qrupundan Con Marr, İncubus qrupundan Maykl Ayzanger, JunkieXL kimi tanınan Tom Holkenberq və başqaları daxildir.
Film ABŞ istehsalıdır. Filmin rejissoru Mark Uebbdir. Filmdə Endryu Qarfild, Ceymi Foks, Emma Stoun, Salli Fild və Pol Camati aktyorlar çəkilib.
Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür. Həmçinin kinoteatrın www.28cinema.az rəsmi saytından onlayn olaraq əldə edə bilərsiniz və ya 012 499 89 88 və 119 nömrəsinə zəng vurmaqla sifariş edə bilərsiniz.
“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı və “Cappuccino coffee house” yerləşir.

Günel






24 Aprel, 2014  10:20 Baxılıb: 900 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner