Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Dövlət Baytarlıq Xidməti narahatdır

Yay aylarında ötən yayın təhlükəli virusunun yenidən yayılma ehtimalı var.


Ötən il iyul ayından etibarən respublikanın əsasən Aran rayonlarında iribuynuzlu heyvanlar arasında qanın qatılaşması, ətrafın iflici, burun dəliklərindən seliyin axması, hərarətin dəyişkən qalxması ilə müşayiət edilən xəstəlik yayılıb. Azərbaycanda yeni olan bu xəstəliklə bağlı Respublika Baytarlıq Laboratoriyasında aparılan müayinələrin nəticəsində məlum olub ki, iribuynuzlu heyvanlar arasında yayılan virus xəstəliyidir. Bu viris “bunyaviruslar” ailəsinə aiddir və özündə 3 virusu (Şamonda, akabena və aina) birləşdirir.

Dövlət Baytarlıq Xidmətinin mətbuat xidməti açıqlamalarında artıq Qurban Bayramından sonra (oktyabrın 15-16-sı) iribuynuzlu heyvanlar arasında bunyavirus ailəsinə məxsus şamonda, akabena, aina viruslarının qarışığından yaranan şmallenberq virus xəstəliyinə yoluxmaya təsadüf edilmədiyini demişdi. Lakin xəstəliyin yaz aylarında yenidən qalxacağını bildirmişdi.

Mövsümü nəzərə alaraq əsasən iribuynuzlu heyvanlar arasında yaylan xəstəliyin hazırkı vəziyyətini öyrənmək üçün Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli ilə əlaqə saxladıq. DBX rəsmisinin sözlərinə görə, hələ ki respublikanın bölgələrindən “bunyavirus ailəsinə məxsus xəstəliklə bağlı heç bir müraciət daxil olmayıb.
“Havalar tamamilə isindikdən sonra xəstəliyin heyvanlar arasında qalxması gözlənilir. Hələlik bu günə qədər xəstəliklə bağlı narahat edici siqnal daxil olmayıb. Xəstəliklə mübarizə aparmaq üçün qabaqlayıcı tədbirləri davam etdiririk.
“Bir neçə ay bundan qabaq cənab nazir Heydər Əsədovun başçılığı ilə Dövlət büdcəsinin ehtiyat fondu hesabına ayrılmış 2 milyon 350 min manatvəsait hesabına alınmış ilkin yardım üçün avadanlıqlar, xüsusi tezlikli maşınlar, rayon və kəndlərə lazım olan dərman preparatları paylanılıb. Tərəfimizdən edilmiş yardım xəstəliyin yenidən baş qaldıracağı təqdirdə qabaqlayıcı tədbirlər görmək üçün nəzərdə tutulub. Lakin,qalan müalicələri isə sahibkarlar öz vəsaitləri hesabına həyata keçirəcəklər”.  

DBX rəsmisi onu da əlavə edib ki, sözügedən virus xəstəliyinə görə müalicə edilən bütün heyvanlar həyat fəaliyyətlərini və məhsulvermə qabiliyyətlərini bərpa ediblər. Onun sözlərinə görə, xəstəlik başlayandan 255 mindən çox heyvan xəstələnib və müalicə olunub.

Aysel Kərimova






23 Aprel, 2014  19:05 Baxılıb: 666 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner