Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycanda ruhi xəstələrin sayı artıb - Rəsmi

Son illər Azərbaycan əhalisi arasında psixi xəstəliklərlə xəstələnmə halları artıb. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, rəsmi statistikaya görə, ötən il ərzində 4 mindən çox adama ilk dəfə psixi xəstə diaqnozu qoyulub. 
Statistikaya görə, Azərbaycanda ötən il ilk dəfə psixi xəstə diaqnozu qoyulmuş xəstələrin sayı, 2012 –ci illə müqayisədə cəmi 44 nəfər azalıb. Dövlət Statistika Komitəsindən Simsar.az saytının sorğusunsa cavab olaraq bildirilib ki, 2012-ci ildə 4948 nəfərə ilk dəfə psixi xəstə diaqnozu qoyulubsa, ötən il bu rəqəm 44 nəfər azalaraq 4904 nəfərə çatıb.
Müalicə-profilaktika müəssisələrində qeydiyyata düşənlərin sayı 2012-ci ildə 121139 nəfər olubsa, ötən il bu rəqəm 2995 nəfər artaraq 124134 nəfərə çatıb.
2013-cü ildə müalicə - profilaktika müəssisələrində qeydiyyatda olan xəstələrin sayı, əhalinin hər 100 min nəfərinə isə 1326,6 nəfər düşüb.
2013-cü il 2012-ci ilə nisbətən müalicə-profilaktika müəssisələrində qeydiyyata düşənlərin faizlə göstəricisi 102,5% əhalinin hər 100 min nəfərinə qeydiyyata düşənlərin faizlə göstəricisi isə 101,2 % təşkil edib. İlk dəfə psixi xəstə diaqnozu
qoyulmuş xəstələr 2013-cü ildə 99,1% əhalinin 100 min nəfərinə isə ilk dəfə psixi xəstə diaqnozu qoyulmuş xəstələr 97,8% təşkil edib.
Ölkədə ilk dəfə qoyulmuş diaqnozla əhalinin hər 100 min nəfərinə 52,7 psixi xəstə düşür. İlk dəfə qoyulmuş diaqnozla qeydə alınmış xəstələrin sayı 2004-cü ildə 5590 olubsa bu rəqəm 2012-cü ildə bu rəqəm 4948, 2013-cü ildə isə 4904 nəfər təşkil edib.
2004-cü ildə ölkəmizdəki müalicə-profilaktika müəssisələrində qeydiyyatda duran psixi xəstələrin sayı 112169 nəfər olubsa, 2013-cü ildə bu rəqəm 124134 nəfərə qədər artıb. 9 il ərzində ölkədə psixi xəstəliklərə mübtəla olanları sayı 11 965 nəfər təşkil edib.

Aysel Kərimova






23 Aprel, 2014  17:22 Baxılıb: 1026 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



sagbanner