Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Prezident İspaniya xarici işlər nazirini qəbul edib

Pezident İlham Əliyev bu gün İspaniya Krallığının xarici işlər və əməkdaşlıq naziri Xose Manuel Qarsia-Marqalyonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Simsar.az-ın verdiyi məlumatına görə, dövlət başçısı bu səfərin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. İspaniyanın baş naziri Mariano Raxoy Breylə Vilnüsdəki görüşünü məmnunluqla xatırlayan prezident görüş zamanı əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli müzakirələr apardığını deyib.

Nazir Xose Manuel Qarsia-Marqalyo İspaniya Kralı Xuan Karlosun və Baş nazir Mariano Raxoy Breyin salamlarını dövlət başçısına çatdırıb. O, İspaniyanın baş naziri Mariano Raxoy Breyin Azərbaycan prezidentinin İspaniyaya səfərə dəvəti ilə bağlı məktubunu prezident İlham Əliyevə təqdim edib.

Dövlət başçısı İspaniya Kralı və baş nazirinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İspaniyanın Kralına və Baş nazirinə çatdırmağı xahiş edib.

Dövlət başçısı bu gün həmçinin Niderland Krallığı Senatının üzvü Rene Van der Lindenin başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib.

 






23 Aprel, 2014  15:25 Baxılıb: 648 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner