Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Tanınmış yazıçının yubileyi keçirilib

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Gürcüstanda yaşayıb-yaradan tanınmış şair-publisist Rəşid Faxralının 60 illik yubileyi qeyd edilib.
Simsar.az xəbər verir ki, AYB-in aylıq orqanı olan “Azərbaycan” jurnalının şöbə müdiri, şair Qəşəm Nəcəfzadə Rəşid Faxralının yaradıcılığından söhbət açıb. O, Rəşid Faxralını istedadlı şair və jurnalist olmaqla yanaşı, həm də Azərbaycan-gürcü ədəbi əlaqələrinin genişlənməsində böyük xidmətlər göstərmiş qələm adamı kimi dəyərləndirib.
Milli Məclisin deputatı Qənirə Paşayeva, filologiya üzrə elmlər doktoru, ədəbiyyatşünas-tənqidçi Vaqif Yusifli və başqaları Rəşid Faxralının şeir və poemalarında Vətən sevgisinin, müasir dövrün aktual məsələlərinin əks etdirildiyini vurğulayıb, onun yüksək poeziya mədəniyyətinə malik olduğunu qeyd ediblər.
Hərbi jurnalist Şəmistan Əlizamanlı yubilyarın şair, jurnalist, tərcüməçi olmaqla yanaşı, həm də ehtiyatda olan mayor, II qrup Qarabağ müharibəsi əlili olduğunu bildirib. Onun Qarabağ müharibəsinin gedişində ön cəbhədə düşmənə qarşı qələmi ilə döyüşən hərbi jurnalist olduğu, “Əsgər” qəzetində müxbir kimi çalışdığı xatırladılıb.
Qeyd edilib ki, 2008-ci ildə Həcc ziyarətində olmuş böyük mənəviyyat sahibi Rəşid Faxralı “Gözümdə hönkürür bir dəli sevda”, “Zaman, biz, kişiliyimiz”, “Qürbət ağrısı”, “Könlüm cənnət qapısıdır”, “Ömrün üfüqləri”, “Tonqal yerində çiçək”, “Müharibə nə vaxt qurtaracaq”, “Diqqət, diqqət”, “Goranboy əməliyyatı” və s. publisist topluların, bədii əsərlərdən ibarət 3 cildlik “Seçilmiş əsərlər”in, bütünlükdə 25 kitabın, 4 sənədli filmin müəllifidir.
R.Faxralı gürcü klassiklərinin əsərlərinin Azərbaycan dilinə tərcümə edilməsində böyük xidmətləri olan ziyalılarımızdan olduğu diqqətə çatdırılıb.
Şair-jurnalistin bu fəaliyyətini yüksək qiymətləndirən “Qafqaz Media” İctimai Birliyinin sədri Azadə Hüseynova rəhbərlik etdiyi qurumun “Qafqaz” diplomunu yubilyara təqdim edib.
Yubiley tədbirində şairin “Ömrümün üç nöqtəsi” kitabının təqdimatı da olmuşdur.
Sonda Rəşid Faxralı tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, kitablarını öz imzası ilə oxuculara təqdim edib.

Günel






23 Aprel, 2014  14:10 Baxılıb: 874 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner