Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

"İlmələrin sehri" “Univiziya” səhnəsində - FOTO

Modelyer - dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın toxuma əl işlərindən ibarət "İlmələrin sehri" kolleksiyası “Univiziya” səhnəsində təqdim olunub və qonaqların boyük marağina səbəb olub.

Gülnarə Xəlilova kolleksiyası barəsində Simsar.aza məlumat verib:

"Toxuma əl islərinden ibarət olan "İlmələrin sehri" kolleksiyam mənim yaradıcılığa başladığım ilk gündən böyük marağla,sevgiylə gördüyüm işlərdəndir. 2000-ci ildən bu günə gədər hazırlanan geyimlərin sayı çoxdur. Mən sənətə bir günə və ya üç gunə hazirlana biləcək parçadan hazırlanmiş geyimlərlə yox, deyərdim ki, gəlbimin və beynimin məhsulu olan fərqli saplardan hazırlanmış geyimlərlə gəldim. "Ilmələrin sehri" kolleksiyamda muxtəlif üslublu geyimlər var. Bu kolleksiyada çox çətin iş texnikası istifadə olunmuşdur. İnanın ki, bir ilmə belə səhv gedəndə işi bitirmiş olsam belə, onu tamamilə söküb yenidən toxuyurdum. Bunun üçün mütləq gördüyün işi sevməlisən. Bu bir basqa möcuzədir! Bu geyimləri hazırlayarkən bütün varlığımla yaradıcılığa gapanıram. Kolleksiyada istifadə olunmuş bütün bəzəklər, düymələr, boyunbağılar, sırğalar, qolbağlar və sairə, hamısı saplardan hazırlanıb. Məhz bu kolleksiyamdan olan toxuma geyimlərim dəfələrlə Azərbaycanı beynəlxalq müsabiqələrdə təmsil etmişdir. "Beauty of the World" (2010, 2011, 2012, 2013), "Miss Tourism" (2010, 2011, 2012, 2013) və s. 2010- cu ildə toxunma kolleksiyamdan olan ağ libas "Beauty of the World 2010" beynəlxalq müsabiqədə Azərbaycanı təmsil edən Iradə Balaxanova dünyanın ən gözəl ziyafət geyimi nominasiyasında mükafatlandırılmışdır".

Qeyd edək ki, Bakıda Heydər Əliyev Sarayında III “Univiziya” Tələbə Mahnı Müsabiqəsinin Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi ilə ATGTİ tərəfindən reallaşdırılıb. Müsabiqənin qalibi “ADA” Universitetinin təmsilçisi Günay Bədəlova layiq görülüb.
Qalib seçilmiş Günay Bədəlova mayda Bakıda keçiriləcək II Beynəlxalq “Univision” Tələbə Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək.






23 Aprel, 2014  13:38 Baxılıb: 1929 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner