Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazirlikdən işsizlərə xəbər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 99 vəzifə üzrə 103 vakant yeri müsabiqəyə çıxarıb. Simsar.az-ın verdiyi məlumata görə, müsabiqəyə çıxarılan vakant vəzifələrin siyahısı və müsabiqədə iştirak şərtləri ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyayanın saytında (www.dqmk.gov.az), həmçinin nazirliyin rəsmi saytında (www.mlspp.gov.az) tanış olmaq mümkündür. 
Son vaxtlarda nazirliyin fəaliyyətinin gücləndirilməsi və şəffaflığın təmin olunması məqsədilə aparılan işlərin tərkib hissəsi kimi, öz vəzifə funksiyalarını düzgün yerinə yetirməyən və dövlət qulluqçusunun etik davranış qaydalarına uyğun olmayan hallara yol verən əməkdaşlar vəzifələrindən azad ediliblər. Bununla əlaqədar dövlət qulluğunun inzibati vəzifələri üzrə yeni vakant yerlərə layiqli kadrların cəlb olunması məqsədilə nazirlik tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyayası ilə əməkdaşlıq daha da gücləndirilib. Belə ki, bir müddət öncə Komissiyanın keçirdiyi müsabiqələrdə və müsahibə mərhələlərində uğur qazanmış, Komissiyanın ehtiyat kadrlar siyahısında olan iqtisadçı və ya hüquqşünas ixtisaslarına malik namizədlər barədə məlumatlar alınıb. Məlumatlar əsasında 35 nəfər gənc nazirliyə dəvət olunaraq, onlara müvafiq vəzifələr təklif edilib. Onlardan sosial müdafiə sahəsində işləmək qabiliyyəti olan 16 nəfər gənc öz seçimlərinə uyğun olaraq rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərində inzibati vəzifələr üzrə vakant yerlərə təyin edilib.






23 Aprel, 2014  13:32 Baxılıb: 633 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner