Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazir: “Bizdə böyük nöqsanlar olmayıb”

“Gənclər və idman nazirliyində elə də böyük nöqsanlar aşkar olunmayıb”.

Simsar.az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Hesablama Palatası bütün Nazirliklərdə yoxlamalar aparır. Palata hazırladığı sənədi Milli Məclisə təqdim edir: “Bu hesabatda qeyd olunan məsələlərdə böyük nöqsanlar olmayıb. Aşkar olunan nöqsanlar isə həll olunub. Bütün komplekslərimiz fəaliyyətdədir. İnşa edən şirkətlərdə nöqsanlar yaranır. Biz də bu məsələyə nəzarət etmək üçün tikinti şirkətinin təxminən 5 %-lik bir vəsaitini saxlayırıq. 5-6 ay gözləyirik ki, sonradan problemlər yaranarsa həll etmək üçün bizim imkanımız olsun”.
Qeyd edək ki, ötən gün mətbuatda Azərbaycan Respublikası Hesablama Palatasının 2013-cü il üçün fəaliyyəti ilə bağlı Hesabatına istinad edilərək dövlət büdcəsindən Gənclər və İdman Nazirliyinə ayrılan, tikintisi 2011-2013-cü illərdə başa çatmış obyektlər üçün nəzərdə tutulan vəsaitlərin istifadəsində korrupsiya hallarına yol verildiyi qeyd edilmişdi.






23 Aprel, 2014  12:35 Baxılıb: 611 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner