Abşeronda qətl hadisəsi baş verib. Simsar.az-ın DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Hökməli qəsəbə sakini Mirazad Mirəliyev münaqişə zəminində həmyerlisi Mürvət Cəfərovu bıçaqla qətlə yetirib.
Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Mirəliyev tutulub.