Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

" Anadolu Ateşi" iyunda yenidən " yanacaq"

"The Best of Anadolu Ateşi" Bakıya gəlir

Simsar.az xəbər verir ki, Türkiyənin rəqs sultanları "Anadolu Ateşi" bu günə qədər göstərdiyi performansın ən möhtəşəmi ilə iyun ayının 6, 7, 8 -i yenə də Heydər Əliyev Sarayında  sevənləri ilə görüşəcəkdir. "The Best of Anadolu Ateşi" adlı proqramı ilə çıxış edəcək.

Xatırladaq ki, 1999 - cu -ildə Mustafa Erdoğanın başçılığı ilə yaranan "Anadolu Ateşinin" ilk adı "Rəqsin Sultanları" olub. Qrupun yaradılmasında məqsəd Şərqlə Qərbin mədəniyyətlərinin birləşməsi və sülh idi.  90 nəfər gənc rəqqasla fəaliyyətə başlayan qrup 2002 - cildən dünya turuna başlamış və 93 ölkədə 3850 shou göstərmiş 35 milyondan çox sənətsevər tərəfindən izlənilib.   "Anadolu Ateşi" 2001 - ci ildən bu günə kimi İsrail, Almaniya, Çin, Hollandiya, Ukrayna, Belçika, İsveçrə, Yaponiya, Avstriya, Qatar, Liviya, Rusiya, Azərbaycan, Sibr, Ruminya, Bosniya, Yeni Zelandiya, İtalya, Slovakiya, Belarusiya, İngiltərə, Gürcüstan, Suriya, Slovenya, Malaziya, Bəhreyn, BƏƏ, Yunanıstan, İspaniya və.s   ölkələrdə səhnə almış, Anadolu mədəniyyətini dünyaya tanıdıb. Bu o deməkdir ki, qrupu demək olar ki, dünyanın hər yerində sevir və tanıyırlar. Azərbaycanda dəfələrlə səhnə alan qrup Azərbaycan tamaşaçısının əvəzolunmazlarındadır. Və bu dəfə öz tamaşaçısı üçün Anadolu Ateşi ən yüksək performansı ilə  çıxış edəcək. Çünki onlar Azərbaycan tamaşaçısının zövqünə və sənət duyumuna inanırlar!

Qeyd edək ki, "Anadolu Ateşi"nin təşkilatçısı "SA ORGANIZATION"dur. Selahattin Atalay tərəfindən yaradılan "organization" artıq 15 ildir ki, öz fəaliyyəti ilə adı haqqında kifayət qədər təsəvvür yarada bilib və bu illər ərzində istər ölkə daxilində, istərsə də ölkədən kənarda bir sıra iri konsert layihələrini reallaşdırmağa müvəffəq olub. Şirkət Rusiya, Qazaxıstan, Ukrayna və bir çox ölkələrdə tanınmış ulduzların unudulmaz konsert proqramlarını təşkil edib. Ölkəmizdə bu işin təməlini qoyan şirkət kimi "SA Organization" işinə mükəmməl və peşəkarcasına yanaşaraq indiyə kimi tanınmış ifaçılardan İbrahim Tatlıses, Nilufer, Ajda Pekkan, Alişan, İngrid Alberini, İmagination, məşhur rəqs qruplarından olan "Anadolu ateşi", “Tararam”, "Şaman",Celtic Legends,  həmçinin Ruslana, Kenan Doğulu, Mustafa Sandal və s. kimi bir çox məşhurların konsert layihələrinə imza atıb. Bu gün isə "organization" yeni konsert layihəsini həyata keçirir.

Günel

 






23 Aprel, 2014  10:45 Baxılıb: 1107 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner