Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

MÜBARİZ QURBANLI İSA QƏMBƏRLƏ ƏLİ KƏRİMLİNİ TƏHQİR ETDİ

“İsa Qəmbər və Əli Kərimli Azərbaycanın siyasət tarixində daim naxələf hərəkətləri ilə yadda qalıblar”

“Araşdırma zamanı məlum olub ki, sosial şəbəkələrdə, xüsusilə də “facebook” və “twiter”də martın 11-i tarixi üçün Bakı şəhərində mitinq keçirilməsi ilə bağlı çağırış edənlərin əksəriyyəti Azərbaycanda yaşamayan şəxslərdir”
 
Bu barədə APA-ya açıqlamanı Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı verib.

YAP yetkilisi bildirib ki, 11 martla bağlı qrupda erməni gəncləri də olub: “Orada hətta erməni dilində olan yazılar da var ki, guya onlar bu hərəkata qoşulublar. Azərbaycanda, Bakıda aksiya keçirmək istəyirlər, ancaq aksiya keçirmək istəyənlərin əksəriyyəti xaricdə yaşayır, bir qismi isə Ermənistandadır. Erməni gəlib Bakıdakı toplantıda iştirak edəcək? Yenə deyirəm, çox gülməlidir. Bu faktın özü göstərir ki, radikal yönümlü müxalifət Azərbaycan əleyhinə erməni ilə də əməkdaşlıq etməyə hazırdır. Mən burada təəccüblü bir şey də görmürəm. Çünki bu adamlar - başda İsa Qəmbər və Əli Kərimli olmaqla - Azərbaycanın siyasət tarixində daim naxələf, antimilli hərəkətləri ilə yadda qalıblar. Bu adamlar insanların hislərindən şəxsi maraqları üçün istifadə ediblər. Ona görə də mən nə 11 mart, nə də 12 martda Azərbaycanda, Bakı şəhərində hansısa kütləvi iğtişaşın, hərəkatın baş verəcəyini təsəvvür belə eləmirəm. Çünki Azərbaycan gəncliyi prezident İlham Əliyevin siyasətini müdafiə edir”.

M. Qurbanlı Bakıya qoşun yığılması ilə bağlı müxalifət mətbuatında yazılanlarla bağlı belə deyib: “Olmayan bir gücə qarşı qoşun yığmağa ehtiyac yoxdur”.

Ramil






9 Mart, 2011  18:37 Baxılıb: 1688 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner