Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Millimiz FİFA reytinqində 1 pillə geriləyib

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb

Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması ötən reytinqlə müqayisədə 1 pillə geriləyib. 

Son vaxtlar aşağı yuvarlanan millimiz 100-cü yerə düşərək, ilk yüzlüyü tərk etmək üzrədir. Hesabında 320 xal olan komandamız UEFA-nın reytinqində 44-dür.

Milli komandamızın Avro-2012-nin seçmə mərhələsindəki rəqiblərindən Almaniya yığması 3-cü pillədə (1486 xal) mövqeyini qoruyub. 1 pillə geriləyən Türkiyə yığması (728 xal) 32-ci yerə enib. Ən böyük geriləyə Avstriya yığmasında olub – 16 pillə. Avstriyalılar 524 xalla 61-ci pillədə qərarlaşıb.

Ondan sonrakı yerdə isə millimizin seçmə mərhələdə növbəti rəqibi olan, 4 pillə geriləyən Belçika yığması (512 xal) gəlir. Yalnız qrup sonuncumuz Qazaxıstan yığması (178 xal) irəliləməyə müvəffəq olub. Buna 5 pillə ilə nail olan qazaxlar 132-ci yerə yüksəlib.

Qeyd edək ki, FİFA-nın reytinqinə yenə İspaniya yığması (1880 xal) başçılıq edir. Hollandiya millisi 1730 xalla 2-ci yerini qoruyub.






9 Mart, 2011  18:29 Baxılıb: 1607 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner