Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Müsabiqəyə 71 jurnalist qatıldı

Nəticələr martın 17 -də açıqlanacaq

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2011-ci il Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist müsabiqəsinə yazı qəbulu martın 7-də başa çatıb. Bu barədə Modern.az saytına KİV-in İnkişafına Dövlət Dəstəyi Fondun icraçı direktoru Vüqar Səfərliməlumat verib. 
V.Səfərli bildirib ki, ümumilikdə fonda 71 yazı daxil olub, yazılar müşahidə şurasının üzvlərinə təqdim olunub və hazırda ekspertlər yazıları yoxlayırlar. İcraçı direktor deyib ki, müsabiqənin nəticələri martın 17-də elan olunacaq.

Qeyd edək ki, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun 2011-ci il Novruz bayramı münasibətilə bu il fevralın 7-də élan etdiyi fərdi jurnalist yazılarının müsabiqəsi 7 istiqamətlərdə keçirilir. Müsabiqədə hər mövzu üzrə 3 qalib müəyyən ediləcək, 2 qalib yeri respublika ərazisində yayılan qəzetlərin jurnalistləri, 1 qalib yeri isə region mətbuatında çalışan jurnalistlər üçün nəzərdə tutulub.
Hər mövzu üzrə maksimum 50 bal müəyyən olunur. 25-dan aşağı bal toplayan iştirakçı qalib ola bilməz. Qaliblər Fondun xüsusi diplomu və 1000 (bir min) manat məbləğində pul mükafatı ilə təltif olunacaqlar.






9 Mart, 2011  18:06 Baxılıb: 1516 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner