Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Nuri Sərinləndirici : "De ki, sevirəm" - ÖZƏL - FOTO

Simsar.Az xəbər verir ki, tanınmış azərbaycanlı müğənni Nuri Sərinləndirici məmləkətimizdə ilk böyük konsert proqramı ilə çıxış etməyə hazırlaşır. 

Bu barədə oxucularımızı Nurinin Azərbaycan üzrə yaradıcı layihələrinə rəhbərlik edən populyar teleaparıcı və rejissor, Lider TV-nin siması Lamiyyə Ələkbərqızı məlumat verdi: "Konsert ideyası mənim təşəbbüsümdür.

Keçən il Nabranda təşkil etdiyimiz solo proqramdan sonra qərar vermişdik ki, Nuri mütləq paytaxtımızdakı sevənləri ilə də görüşməlidir. Və Allahın izni ilə istəyimizi reallaşdırırıq.

Yayın ilk konsertini Nuri verəcək.

Mayın 31-də Yaşıl Teatrın səhnəsində möhtəşəm proqramla sevənlərinin görüşünə gələcək.

Əvəzolunmaz duet ortağı Jane Şirokih onu bu dəfə də yalnız buraxmayacaq. 

Musiqiçilərin və rəqqasların əksəriyyəti Moskvadan gələcəklər. Elə belədən konsertin adını "De ki, sevirəm" qoymamışıq.

N.Sərinləndiricinin ifa etdiyi mahnılarından birinin adıdır. Şüarımız belədir: "Bu konsertdə hamı sevəcək".

Oxucularınıza məlumdur ki, 31 may Azərbaycanda həm də "Son zəng" çalınacaq.

Əminik ki, 11-ci sinif məzunları öz bayramlarını bizimlə birlikdə keçirməkdən məmnun qalacaqlar".

Məlumunuz olsun ki, "De ki, sevirəm " adlı konsertinin informasiya dəstəyi Simsar.Az dır.

Şahin Cavadsoy
Simsar.az






21 Aprel, 2014  17:06 Baxılıb: 4549 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner