Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Bədii gimnastika üzrə 21-ci ölkə çempionatı keçirilir

Aprelin 19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə XXI Azərbaycan çempionatına start verilib.

ANS PRESS-in məlumatına görə, yarışlarda 25 senior gimnast, həmçinin 1999-2001-ci il təvəllüdlü idmançılar da iştirak edirlər. Çempionata Respublika Kompleks İdman Məktəbi və “Baku Flames” klubunun gimnastları ilə yanaşı, “Neftçi”, Bakı Gimnastika Məktəbi, “Spartak”, Şağan Olimpiya İdman Kompleksi və “Ocaq Sport Klubu”nun idmançıları da qatılıbar. Gimnastlar mütləq çoxnövçülükdə, o cümlədən ayrı-ayrı növlər üzrə medallar uğrunda yarışırlar.

Azərbaycanın hazırkı çempionu Marina Durunda öz titulunu qoruyub saxlamaq və ikinci dəfə qızıl medal qazanmaq niyyətindədir. Birinci yer uğrunda mübarizədə onun əsas rəqibləri Lalə Yusifova, Gülsüm Şəfizadə və Nilufər Niftalıyeva hesab olunurlar.

Yarış iyunun 13-dən 15-dək keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatı öncəsi test turniri xarakteri daşıyır.

 

Gimnastika üzrə XXI Azərbaycan çempionatında üç alətlə çoxnövçülük yarışlarının son nəticələrinə görə, hazırkı ölkə çempionu Marina Durundanın hesabında 18,16 xal var. Gimnastlar Nilufər Niftəliyevanın hesabında 17,750 xal, Züleyxa İsmayılovanın hesabında isə 16,50 xal var.

 

Çempionat qala konsertlə davam edir. Konsertdən sonra çempionatın qalibləri məlum olacaq.

 

Xatırladaq ki, Qazaxıstan, Macarıstan və digər ölkələrdən dəvət olunmuş müsabiqədənkənar gimnastların da çıxışları gözlənilir.






19 Aprel, 2014  21:38 Baxılıb: 780 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner