Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Zakir Həsənov ABŞ nümayəndələri ilə görüşüb

Bu gün Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri cənab Ed Roysun rəhbərlik etdiyi konqresmenlərdən ibarət nümayəndə heyətini qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, nazir qonaqları salamlayaraq Azərbaycan-ABŞ hərbi əlaqələrinin müxtəlif proqramlar çərçivəsində uğurla davam etdiyini, terrorizmə qarşı mübarizə və NATO-nun Əfqanıstanda həyata keçirdiyi Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri üzrə əməliyyatlarına Azərbaycan Respublikası Sülhməramlı qüvvələrinin verdiyi töhfəni xüsusi vurğulayıb.

Müdafiə naziri qonaqlara regiondakı hərbi-siyasi vəziyyət, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsi, qaçqın və məcburi köçkünlərin mövcud problemləri, o cümlədən beynəlxalq təşkilatların münaqişənin həlli istiqamətində atdıqları addımların nəticəsiz qalması barədə fikirlərini bildirib.

Görüşdən məmnun qalan konqresmenlər ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən enerji təhlükəsizliyi, terrorizmə qarşı mübarizə və Əfqanıstanla bağlı uğurlu əməkdaşlığı yüksək qiymətləndiriblər.

Sonda qarşılıqlı maraq doğuran regional və ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə ABŞ-nın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Riçard Morninqstar da iştirak edib.






19 Aprel, 2014  16:37 Baxılıb: 726 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner