Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Pentensiar xidməti vəsatət qaldıracaq

Aprelin 19-da Ədliyyə Nazirliyinin müxtəlif qurumlarının və ictimai birlik nümayəndələrinin daxil olduğu "Penitensiar xidmətə qulluğa qəbul üzrə müsabiqə komissiyası"nın iclası keçirilib.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən məlumata görə, növbəti müsabiqə komissiyasında 30 namizədin ədliyyə orqanlarında orta rəis heyətinə qulluğa qəbul olunması məsələsinə baxılıb. Müsabiqədə iştirak edən namizədlərdən bilik və hazırlıq səviyyəsinə, peşə hazırlığına görə seçilən 25 nəfər namizədin qulluğa qəbul olunması barədə Ədliyyə Nazirliyinin rəhbərliyi qarşısında vəsatət qaldırılacaqdır.

Sonda müsabiqənin ilk mərhələsini uğurla başa vuran orta rəis heyətinə namizədlərə Ədliyyə Nazirliyi və onun tərkib hissəsi olan Penitensiar xidmətin fəaliyyət istiqamətləri, eləcə də ədliyyə əməkdaşı adını daşımağın nə dərəcədə şərəfli olması ilə yanaşı, bu orqana daxil olmaq arzusunda olan hər bir vətəndaşın yüksək məsuliyyət hissinə, qətiyyət və prinsipiallığa, saf və soyuqqanlılıq kimi xarakterik xüsusiyyətlərə malik olmasının vacibliyi qeyd edilib.






19 Aprel, 2014  16:31 Baxılıb: 775 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner