Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Rauf Mirqədirov Bakıya qayıtdı-YENİLƏNİB

Bu gün Türkiyədən deportasiya olunan jurnalist Rauf Mirqədirovu gətirən təyyarə Binə aerportuna enib. Ancaq jurnalistlər onunla görüşə bilməyiblər. 
Simsar.az-ın hadisə yerində olan müxbirinin məlumatına görə, Bakıya gələn Mirqədirov dindirilmək üçün saxlanılıb.

***

Türkiyədən deportasiya olunan azərbaycanlı jurnalist, “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov Bakı vaxtı ilə saat 14.00-da Ankarada təyyarəyə mindirilib və Bakıya gəlir.

Bunu APA-ya açıqlamasında “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı bildirib.

E. Şıxlı qeyd edib ki, R. Mirqədirovun deportasiya olunma səbəbi açıqlanmır: “Ona bildiriblər ki, Türkiyə dövləti və xalqı qarşısında heç bir cinayəti yoxdur, sadəcə tapşırıq belədir. Mən deportasiyanın səbəbini öyrənmək üçün Türkiyənin Azərbaycandakı səfirliyinə bir neçə gün əvvəl məktubla müraciət etsəm də, hələlik bir cavab yoxdur. Rauf gəlsin, görək nə baş verir”.

E. Şıxlı onu da deyib ki, hadisə qardaş dövlət olan Türkiyədə baş verdiyi üçün çox səs-küy salmaq istəmirlər: “Amma hər halda bunun səbəblərini açıqlamalıdırlar”.

Baş redaktor bildirib ki, R. Mirqədirovu saxlayıb, deportasiya edərkən ailəsi ilə görüşə imkan verməyiblər, bu səbəbdən o, Bakıya tək gəlir: “Ailəsi orda qalıb. Dünən Rauf ailəsi ilə birgə avtobusla gəlmək istəyirmiş. Saxlayıb, ailəsindən ayırıb, bu gün də tək yola salıblar. Dünəndən də ailəsi ilə əlaqə yaratmağa imkan verməyiblər. Ailə üzvlərinə isə bildiriblər ki, sabaha kimi Türkiyədən çıxmasalar, tutacaqlar. Onlar da yəqin bu günlərdə Azərbaycana qayıdarlar”.






19 Aprel, 2014  17:33 Baxılıb: 802 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner