Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Simsar.az-ın əməkdaşı qalib oldu - FOTO

Təhsil Nazirliyi tərəfindən “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas hədəflərinin ictimaiyyətə çatdırılmasında KİV-in rolu” mövzusunda elan edilmiş jurnalist yazıları müsabiqəsi başa çatıb. Simsar.az xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov çıxış edərək “Media təhsildə baş verən proseslər barədə cəmiyyətdə əhəmiyyətli fikir formalaşdırır. Təhsil Nazirliyi mediya ilə əməkdaşlığa xüsusi önəm verir və bu əməkdaşlıq bundan sonra da davam etdirəcək" – deyib. 

Sonra KİV DF-nin icraçı direktoru Vüqar Səfərli mətbuata göstərilən qayğıdan danışıb. Bildirib ki, bu müsabiqələrin məqsədi juranlistikaya maddi köməklə yanaşı müxtəlif sahələrdəki problemlərin ortadan qaldırılmasın kömək xarakteri daşıyır. V.Səfərlinin sözlərinə görə bu dəfəki müsabiqəyə 5 istiqamət üzrə 29 KİV-dən 46 yazı daxil olub. Lakin bu rəqəm daha çox ola bilərdi. Vaxt azlığına görə, verilən məqalələrin sayı bu qədər təşkil edib ki, bu da az deyil.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Şaiq Əsgərov çıxış edərək yazı müsabiqəsinin keçirilməsini yüksək dəyərləndirib. Ş.Əsgərov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birgə keçirilmiş müsabiqənin məqsədi ölkəmizdə müasir təhsil sisteminin qurulması sahəsində aparılacaq islahatların əsas strateji istiqamətlərinin, hədəflərinin, məzmun və mahiyyətinin KİV vasitəsilə ictimaiyyətə çatdırılmasına nail olmaqdan, media qurumlarının cəmiyyətin maarifləndirilməsi işinə təşviqini stimullaşdırmaqdan ibarətdir.
Sonra mükafatlar sahiblərinə təqdim olunub.

Simsar.az-ın redaktoru Elmar Hüseynovun “Təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizminin yaradılması” istiqaməti üzrə “Təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin yaradılması” mövzusundakı araşdırması müsabiqənin qalibi olub.

Müsabiqənin nəticələrinə görə, I yer üçün (5 nəfər) 1000 manat, II yer üçün (5 nəfər) 700 manat, III yer üçün (5 nəfər) 500 manat, həvəsləndirici yer üçün (10 nəfər) 200 manat mükafat verilib. Qaliblər, həmçinin, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin xüsusi diplomu ilə təltif olunacaqlar.

Sara Rüstəmova






19 Aprel, 2014  15:27 Baxılıb: 1070 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner