Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Qohumunu öldürdü, ibadət yeri yandırıldı

Gürcüstanın Qardabani rayonunun Sarticala (Muğanlı) kəndində qətl hadisəsi baş verib.

Gürcüstan bürosunun məlumatına görə, dünən 30 yaşlı dindar Nüsrəddin Xıdırov həmkəndlisi, iki uşaq atası, 40 yaşlı Oruc Əmiraslanovu öldürüb.

Hadisə barədə APA-ya açıqlama verən Gürcüstan Müsəlmanları İdarəsinin rəhbəri, şeyx Ramin İgidov hadisənin dini zəmində baş vermədiyini bildirib: “Azərbaycanlıların kompakt yaşadığı Muğanlı kəndində toy məclisində şəxsi zəmində mübahisə düşüb, həmin kənddə yaşayan Nüsrəddin Xıdırov və Oruc Əmiraslanov arasında başlayan mübahisə zamanı bir qrup sakin qeyri-etik ifadələr işlədib. Sonra mübahisə toy evindən kənarda yerləşən, dindarların ibadət etdiyi yerdə davam edib. Mübahisə qızışan zaman bir qrup kənd sakini ibadət yeri üçün qurulan çardağı yandırıb. Yaranmış qarışıqlıqda Nüsrəddin Xıdırov aldığı zərbədən bayılıb. O, özünə gələn kimi bıçağa əl atıb. Qorxutmaq məqsədilə Oruc Əmiraslanova atdığı bıçaq onun ürək nahiyəsinə batıb. Yaralı xəstəxanaya aparılarkən yolda keçinib. Onlar qohum olublar. Hadisə barədə rayon polisinə xəbər verilib, polis əməkdaşları hadisəyə müdaxilə ediblər. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir”.

GMİ rəhbəri hadisənin heç bir dini təriqət və cərəyanla əlaqəli olmadığını da bildirib.








19 Aprel, 2014  14:17 Baxılıb: 659 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner