Qaradağda yol-nəqliyyat hadisəsi baş verib.Simsar.az-ın verdiyi məlumata görə, Qızıldaş qəsəbəsinin ərazisində Bakı şəhər sakinləri Güloğlan Məmmədovun idarə etdiyi “VAZ-21011” və Fazil Bəkirzadənin idarə etdiyi “MAN” markalı avtomobillər toqquşub. X.Məmmədovun sərnişini, həmyerlisi Mərmər Cəfərova hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.