Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Prezident ABŞ konqresmenlərini qəbul edib

Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri konqresmen Ed Roysu və onu müşayiət edən konqresmenləri qəbul edib.

Simsar.az-ın verdiyi məlumata görə, konqresmen E.Roys Azərbaycanla ABŞ arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu deyib və bundan məmnunluğunu ifadə edib.

Konqresmenlər ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən enerji, terrorizmə qarşı mübarizə və Əfqanıstanla bağlı uğurlu əməkdaşlığı yüksək qiymətləndiriblər. Qonaqlar, həmçinin Azərbaycanın Avropa strukturları ilə əməkdaşlığını yüksək dəyərləndiriblər.

Dövlət başçısı isə ölkəmizlə ABŞ arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. İlham Əliyev Azərbaycanın ölkələrimizin qanunverici orqanları arasında əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyini deyib.

Dağlıq Qarabağ münaqişəsinə toxunan prezident münaqişənin həlli ilə bağlı ölkəmizin mövqeyini diqqətə çatdırıb. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyini, bir milyondan çox soydaşımızın qaçqın və məcbur köçkün vəziyyətinə düşdüyünü, Dağlıq Qarabağın və ətraf 7 rayonun işğala məruz qaldığını vurğulayan İlham Əliyev münaqişənin ədalətli və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərinin konkret addımlar atmalarının vacibliyini qeyd edib.

Görüşdə ABŞ nümayəndə heyətinin Azərbaycana bu səfərinin ölkəmizlə yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığı bildirilib, səfərin əlaqələrimizin yeni sahələrinin müəyyənləşdirilməsi baxımından önəmi qeyd edilib, ikitərəfli münasibətlərimizin müxtəlif sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda xatirə şəkli çəkdirilib.







19 Aprel, 2014  13:00 Baxılıb: 699 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner