Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Bakıda "Shacman" aşdı: Gənc sürücü öldü

Bakıda yük avtomobili aşıb

 

Simsar.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Sabunçu rayonu ərazisində yol-nəqliyyat qəzası baş verib. Dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Shacman" markalı yük avtomobili yola aşıb və sürücü 1991-ci il təvəllüdlü Elton Lütvü oğlu Qədirov avtomobilin altında sıxılmış vəziyyətdə qalaraq hadisə yerində vəfat edib.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə ağır yük qaldırma qabiliyyətinə malik qaldırıcı kranın köməyi ilə aşmış avtomobili qaldıraraq E.Qədirovun cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Həmçinin xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Bundan başqa, Qusar rayonu, Köhnə Xudat kəndi ərazisində "VAZ" markalı minik avtomobili ilə "Mitsubishi" markalı minik avtomobili toqquşub. FHN-in müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, qəza nəticəsində "VAZ" markalı minik avtomobili deformasiyaya uğrayıb və sürücü sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müxtəlif alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxararaq Təcili Tibbi Yardım Xidmətinə təhvil veriblər.

 






18 Aprel, 2014  19:26 Baxılıb: 869 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner