Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

“Neftçi” AFFA-ya etiraz etdi

“Neftçi” PFK Azərbaycan kuboku uğrunda yarışın 1/2 final mərhələsi çərçivəsində keçirilmiş “Neftçi” - “Rəvan” oyunu ilə bağlı AFFA İntizam Komitəsinin çıxardığı qərarlara etiraz edir

Simsar.az xəbər verir ki, İntizam Komitəsinin qərarına görə guya oyun başa çatdıqdan sonra dəhlizdə kənar şəxslər olub və bu ərazidə təhlükəsizlik təmin olunmayıb.

Bu səbəbdən də “Neftçi” PFK 5000 manat məbləğində cərimələnib. Bu qərara qəti şəkildə etiraz edərək bildiririk ki, “Neftçi” - “Rəvan” oyununda təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunmuşdur.

Buna qədər də İntizam Komitəsinin klubumuzun əleyhinə çıxardığı bir sıra qərarlara görə Apellyasiya və Ekspert Komitəsinə müraciət ünvanlanmış və “Neftçi”nın haqlı olduğu sübuta yetirilmişdir. Topaz Premyer Liqası çərçivəsində keçirilmiş “Neftçi” PFK-nın oyunlarında və digər çempionat matçlarında komandaların nümayəndələri, məşqçiləri və xüsusən də əcnəbi futbolçuları tərəfindən dəfələrlə qeyri-etik davranışlar edilmiş və bu hallar mətbuatda və ictimaiyyətdə geniş şəkildə müzakirə edilərək sübuta yetirilsə də, İntizam Komitəsi tərəfindən diqqətə alınmamışdır. Bu bir daha onu göstərir ki, İntizam Komitəsinin qərarları obyektivliyi əks etdirmir. “Neftçi” PFK olaraq bu kimi hallara etiraz edirik və İntizam Komitəsinin bu kimi qeyri-obyektiv qərarları ilə qəti şəkildə razılaşmırıq.

(Klub saytı)

 






18 Aprel, 2014  17:41 Baxılıb: 722 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner