Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayevadan ÇAĞIRIŞ

Millət vəkili Qənirə Paşayeva Hesablama Palatasının hesabatında baxçalar, səhiyyə və yaşıllaşdırma sahəsində ortaya çıxan problemlərin qısa zamanda həllinə çağırıb

Milli Məclisin bugünkü iclasında millət vəkili Qənirə Paşayeva Hesablama Palatasının 2013-cü aid hesabatını dəstəkləyib. O, vurğulayıb ki, Hesablama Palatasının gördüyü işlər təqdirəlayiqdir və hesabatında öz əksini tapan bəzi məsələlərin və problemlərin də həllini vacib sayır. Həmin problemlərdən bir neçəsini sadalayan deputat deyib ki, Hesablama Palatasının 2013-cü ildəki fəaliyyəti haqqında hesabatda Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinə ayrılan vəsaitlərin icrasının auditi aparılıb. “Auditin nəticələri açıqlandığı zaman bəzi problem şəklində qeyd olunan məsələlər öz həllini tapmalıdır. Hesabatda vurğulanır ki, 2013-cü ildə mərkəzləşdirilmiş xərclərdən alınmış qlükometrlərin şəkərli diabet xəstələrinə paylanması təmin edilməyib və audit dövrünün sonuna qədər mərkəzin anbarında saxlanıb”. Q. Paşayeva bildirib ki, şəkərli diabet üzrə proqramın icrası çox önəmlidir. Çünki şəkərli diabetdən əziyyət çəkən xəstələrimizin sayı kifayət qədər çoxdur. “Vacibdir ki, bu qlükometrlər xəstələrə paylansın. Ona görə də 2013-cü ildə mərkəzləşdirilmiş xərclər vasitəsilə alınmış qlükometrlərin xəstələrə paylanmasının təmin edilməməsi məsələsi qeyd olunub. Bu məsələnin təcili şəkildə öz həllini tapması lazımdır. Çünki xəstələrin buna çox ciddi ehtiyacı var. İkinci bir məsələ vurğulanır ki, dağınıq skleroz xəstəliyinin müalicəsi və prafilaktikası, onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı çərçivəsində alınmış dərman preparatlarının müəyyən hissəsi xəstələrin qeydiyyatda olduqları Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına verilir. Çox hissəsi isə istifadə müddətinin bitməsinə az vaxt qalsa da, mərkəzin anbarında saxlanılır”. Q. Paşayeva vurğulayıb ki, bu dərmanlar alınıbsa, onların təcili şəkildə xəstələrə paylanmasına ehtiyac var. “Dərmanlar alındıqları zaman xəstələrin sayına görə uyğunlaşdırılmalıdır. Hesabatda vurğulanır ki, xroniki böyrək çatışmazlığı üzrə tədbirlər planında nəzərdə tutulmuş xroniki böyrək çatışmazlığı olan xəstələrin vahid elektron reyestrinin və məlumat bazasının yaradılması təmin edilməyib. Çox vacibdir ki, qısa zaman ərzində bu məsələ öz həllini tapsın. Digər bir məsələ isə 2011-2015-ci illər üzrə vərəmlə mübarizə tədbiri çərçivəsində alınmış dərman preparatlarının müəyyən hissəsinin anbarda qalmasıdır. Eyni zamanda yoluxucu xəstəliklərin immunoproflaktikası və 2011-2015- ci illər üçün yoluxucu xəstəliklərin immunoproflaktikasına dair tədbirlər çərçivəsində alınmış vaksinlər və tibbi təyinatlı vasitələrin, 2010-2012-ci illərdə alınmış dərman preparatlarının, 2013-cü ildən qalmış vaksinlərin də anbarda saxlanıldığı göstərilir. Onların da təcili şəkildə xəstələrə paylanması, verilməsi çox vacibdir. Hesabatda öz əksini tapan hemofiliya və talasemiya xəstələrinin reyestrinin aparılmadığı vurğulanıb. Bu çox vacibdir ki, hemofiliya və talassemiya xəstələrərinin reyestri yaradılsın. Eyni zamanda, burada vurğulanır ki, talassemiya perenotal diaqnostika metodlarını tətbiq etmə məqsədilə müvafiq laboratoriyalar təşkil edilməyib. Qısa zamanda bu məsələlərin öz həllini tapması olduqca vacibdir”.
Millət vəkili yaşıllaşdırma ilə bağlı məsələdən də danışıb: “Bakı Şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyinə dövlət büdcəsinin mənzil və kommunal təsərrüfatı bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinin auditi bölməsində vurğulanır ki, balansda olan yaşıllıq sahəsinin invertarlaşdırılması aparılmamış, yaşıllıq sahələrinin ərazisi dəqiqləşdirilməmiş, alınması rəsmiləşdirilmiş əkin materiallarının əkilmə ünvanı, həmçinin, yaşıllıq sahələri üzrə tərtib edilmiş aktların yerinə yetirilmə ünvanları göstərilməmişdir”. Bundan başqa, Q.Paşayeva qeyd edib ki, yaşıllaşdırma ilə bağlı işlərin daha geniş aparılması üçün bu hesabatda özünü göstərən problemlərin təcili şəkildə öz həllini tapması vacibdir.
“Digər bir məsələdə isə vurğulanırdı ki, Azərbaycanda məktəbəqədər təhsilin yeniləşdirilməsi proqramı üzrə 2007-2010-cu illər üçün nəzərdə tutulan vəsait icra edilməyib. Əgər bu vəsait varsa, təcili şəkildə məktəbəqədər təhsilin yeniləşdirilməsinə yönəldilsin”.






18 Aprel, 2014  17:22 Baxılıb: 705 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner