Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Əli Həsənov narkobiznes təhlükəsindən danışdı

“Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar göstəricilər təhlükəli həddə olmasa da, əhəmiyyətsiz dərəcədə də deyil”

Simsar.az-ın verdiyi məlumata görə, bu, Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri, baş nazirin müavini Əli Həsənovun Azərbaycan Respublikasında narkotiklərə nəzarət sahəsində 2013-cü il üçün ölkə məruzəsində öz əksini tapıb.

Ə.Həsənov bildirib ki, problemin narahatlıq doğuran məqamlarından biri narkomaniya və narkobiznes kimi çirkin işlərə yeniyetmə və qadınların cəlb edilməsidir: “Məlumdur ki, narkobaronların kifayət qədər zəngin sərvətə malik olması, ölkələrin ictimai-siyasi bünövrəsini sarsıtmağa, hegemonluğa can atması dünya praktikasında presedenti olan hadisələrdir və cəmiyyətimizin ictimai bəsirətini itirəcəyi təqdirdə bizim də belə amansız təhlükə ilə üzləşməyəcəyimizə heç kim zəmanət verə bilməz. Bu təhlükələrlə üzləşməməyimiz üçün isə cəmiyyətimiz bilməlidir ki, narkomaniya  qarşısında bəşəriyyətin aciz qaldığı ən arzuolunmaz yoluxucu xəstəlik, sağlamlığın, mənəviyyatın, sevincin, səadətin, ən ülvi hisslərin, bir sözlə, insanlığın qənimidir. Ona görə də hər bir bəşər övladının ən müqəddəs borcu bu bəla ilə mübarizə aparmaq olmalıdır. Çünki yalnız mütərəqqi bəşəriyyətin səylərini birləşdirmək yolu ilə gələcək nəsilləri üçüncü minillikdə narkomaniyanın qorxunc təhlükəsindən qorumaq mümkün olacaq”.






18 Aprel, 2014  17:23 Baxılıb: 679 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner