Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

TQDK-dan jurnalist olmaq istəyənlərə - XƏBƏRDARLIQ

TQDK jurnalistika üzrə qabiliyyət imtahanına qeydiyyatdan keçmiş bakalavrlara xəbərdarlıq edib. “Jurnalistika” ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul üçün qabiliyyət imtahanına qeydiyyatdan keçmiş bakalavrlar 2014-cü il aprelin 22-dən 24-dək qabiliyyət imtahanı verməlidirlər. Simsar.az xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası məlumat yayıb. “İmtahan TQDK-nın binasında (ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi, 17) keçiriləcək. Qeydiyyatdan keçmiş bakalavrlar 18 aprel 2014-cü il tarixindən başlayaraq TQDK nın internet saytında müvafiq səhifəyə (http://eservices.tqdk.gov.az/erizemag/) daxil olaraq “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edib götürməlidirlər.Eyni zamanda onlar buraxılış vərəqəsində göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər”. Bakalavrlar qabiliyyət imtahanına gələrkən özləri ilə aşağıdakı sənədləri gətirməlidirlər: 1) şəxsiyyətlərini təsdiq edən sənədi; 2) “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni; 3) özlərinin dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarını (radio və televiziyada yayımlanmış çıxışlarının disk yazılarını; Bakalavr qabiliyyət imtahanına gələrkən dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarını qovluqda Qabiliyyət imtahanı komissiyasına təqdim etməlidir. Qeydiyyatdan keçmiş, lakin dövri mətbuatda, radio və televiziyada, internet KİV lərdə yayımlanmış jurnalistika üzrə yazıları (çıxışları) olmayan bakalavrlar da qabiliyyət imtahanında iştirak etməlidirlər. Xatırladaq ki, Jurnalistika üzrə qabiliyyət imtahanı haqqında məlumat və imtahana hazırlaşmaq üçün ədəbiyyat (mənbə) siyahısı 3 aprel 2014-cü il tarixində TQDK-nın internet saytında (http://www.tqdk.gov.az/news/master/412/) yerləşdirilmiş və qabiliyyət imtahanına qeydiyyat aprelin 4-dən 14-dək internet vasitəsilə aparılıb.

Aysel Kərimova






18 Aprel, 2014  16:55 Baxılıb: 742 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner