Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazir: “İşsizlik 5 faizə enib”

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarının məsul şəxslərinin iştirakı ilə iclas keçirilib.

Simsar.az-ın verdiyi məlumata görə, nazir Səlim Müslümov son on ildə 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni iş yerinin yaradılmasının əmək bazarında sabitliyə səbəb olduğunu, işsizliyin 5 faizə endiyini qeyd edib:  “Son 10 ildə 3,2 dəfə artan Azərbaycan iqtisadiyyatının inkişafı cari ilin ilk rübündə də davam edib. Bu dövrdə ümumdaxili məhsul 2,5 faiz, respublikanın əsas iqtisadi tərəqqi göstəricilərindən biri kimi, qeyri-neft sektoru 8,8 faiz artıb, 29 minə yaxın yeni iş yeri yaradılıb, ümumilikdə regionlarda 100-ə yaxın yeni müəssisə fəaliyyətə başlayıb. Həmçinin ölkə üzrə orta aylıq əmək haqqı mütəmadi yüksələrək 430 manata çatıb, əhalinin pul gəlirləri 4,5 faiz artıb. Bu tərəqqi prosesləri nəticə etibarilə əhalinin məşğulluq imkanlarının artmasına da səbəb olur”.

Belə bir şəraitin dövlət məşğulluq strategiyasının icrası, məşğulluq orqanlarının səmərəli fəaliyyəti üçün də mühüm stimul olduğunu qeyd edən S.Müslümov bildirib ki, nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2014-cü ilin yanvar-mart aylarında 6191 nəfər vətəndaş münasib işlərlə təmin olunub, 268 nəfər haqqı ödənilən  ictimai işlərə cəlb olunub. Xidmətin tabeliyindəki Əmək Birjaları 879 nəfəri müvəqqəti xarakterli işlərlə təmin edib. Həmçinin bu müddətdə 651 nəfər işaxtaran vətəndaş əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb edilib. Bu dövrdə 1422 nəfərə işsiz statusu verilib, 1603 nəfərə isə işsizlik müavinəti təyin olunub.

Nazir gənclərin düzgün ixtisas seçimi aparmalarına köməklik məqsədilə həyata keçirilən peşəyönümü tədbirlərindən də söz açaraq bildirib ki, qeyd olunan müddətdə əksəriyyəti yuxarı sinif şagirdləri olan 26 604 nəfər vətəndaşa peşəyönümü məsləhətləri verilib. Digər tərəfdən, respublikanın 32 rayon və şəhərindəki orta məktəblərdə, habelə Bakı şəhərindəki 33 orta məktəbdə valideynlərin, pedaqoji kadrların və yuxarı sinif şagirdlərinin iştirakı ilə peşəyönümü tədbirləri keçrilib: “Diqqətdə saxlanan məsələlərdən biri də valideyn himayəsindən məhrum olmuş və xüsusi internat məktəblərini tərk etməyə hazırlaşan gənclərin gələcək peşə-ixtisas seçiminə, əmək fəaliyyətinə başlamasına köməklik göstərilməsidir. Bununla bağlı olaraq, həmin insanlarla özündə sosial-adaptasiya elementlərini də birləşdirən peşəyönümü işləri aparılır”.

Tələbə və məzunların əmək bazarına inteqrasiyası sahəsində görülən işlərdən də söz açan nazir gənclərin məşğulluğuna yönələn tədbirlərin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb:  “Dünyanın bir çox ölkələrində işsizlik getdikcə ciddi sosial böhrana çevrildiyi halda, Azərbaycanda işsizlik kəskin surətdə azalıb. İndi bizim üçün əsas vəzifələrdən biri gənc işçi qüvvəsinin əmək bazarına çıxışının daha dolğun şəkildə dəstəklənməsini təmin etməkdir”. S. Müslümov mövcud işçi qüvvəsinin  daim inkişaf edən əmək bazarının tələblərinə uyğunlaşdırılması üçün peşə hazırlığı işlərinin gücləndirilməsinin, qadınların məşğulluğunun təminatına diqqətin artırılmasının vacibliyini qeyd edib:  “Əlillik təyin olunmuş şəxslərin əmək qabiliyyəti olmayan şəxslər kimi qeydiyyata alınması praktikasına artıq son  qoyulub. İndi əsas məqsədimiz həmin şəxslərə işlə təmin olunmalarında fəal yardım göstərməkdir. Hesab edirəm ki, biz bu sahədə aktiv tədbirlərimizi xeyli gücləndirməliyik”. Nazir  işəgötürənlər tərəfindən boş iş yerləri (vakansiyalar), işə qəbul edilən və işdən çıxarılanlara dair məşğulluq mərkəzlərinə statistik hesabat formalarının təqdim olunmasının bir çox hallarda formal xarakter daşıdığını, bu hesabatların verilməsinin əksər hallarda gecikdirildiyini vurğulayıb: “Təqdim olunan vakansiyaların keyfiyyəti də diqqətdə saxlanmalıdır.  Lakin sirr deyil ki, bu vakansiyaların bir çoxunda qeyd olunan əmək haqqı əmək bazarındakı reallığı əks etdirmir və xeyli aşağı olur”. Hazırda nazirlik yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarında ümumilikdə 407 nəfərin çalışdığını qeyd edən nazir bu rəqəmin digər ölkələrlə müqayisədə xeyli aşağı olduğunu, işçi sayının əhalinin say tərkibi ilə nisbətdə aşağı, xeyli az olmasının səmərəli aktiv məşğulluq tədbirlərinin təşkilində müəyyən çətinliklər yaratdığını da qeyd edib.

Sonda nazir aidiyyatı struktur bölmələrinin rəhbərlərinə bəzi tapşırıqlar verib.

 

 

 

 

 

 

 






18 Aprel, 2014  14:15 Baxılıb: 641 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner