Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Markesin ölüm qeydləri

Tanrım, bir qurtumluq həyatım olsaydı, gün qutarmadan - hər gün qarşılaşdığım bütün insanlara onları sevdiyimi söyləyərdim"

1982-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatı alan, maqik realizm cərəyanın əsas nümayəndələrindən hesab edilən Qabriel Qarsiya Markes 87 yaşında vəfat edib.
Simsar.az dünya ədəbiyyatına “Yüz ilin tənhalığı”, “Patriarxın payızı”, “Polkovnikə məktub yoxdur”, "Ev", "Vəba dövründə məhəbbət", "Gözlənilən bir qətlin qısa tarixçəsi" və d. dəyərli əsərlər bəxş edən məşhur yazıçının "vida məktubu"nun tərcüməsini təqdim edir:

"Əgər tanrı bir anlıq mənim cındır kukla olduğumu unudub can verərək məni mükafatlandırsa, ağlımdan keçən hər şeyi dilə gətirməzdim, amma ən azından dilə gətirdiklərimi daha yaxşı ağlımdan keçirər və düşünərdim.
Əşyaların maddi tərəfinə deyil, mənalarına dəyər verərdim.
Az yatar, çox yuxu görər, gözümü yumduğum hər dəqiqədə, 60 saniyə boyunca işığı itirdiyimi düşünərdim. İnsan eşqdən imtina etsə, yaşlanar.
Başqaları dayandığı zaman getməyə davam edərdim. Başqaları yatarkən oyanıq qalmağa səy göstərərdim.
Başqaları danışarkən qulaq asar, şokoladlı dondurmanın dadından zövq almağa çalışardım.
Əgər Tanrı mənə bir azca can versə, sadə geyinər, üzümü günəşə çevirər, yalnız bədənimi deyil, ruhumu da bütün çılpaqlığıyla açardım.
Tanrım, əgər bir ürəyim olsaydı, nifrətimi buzun üzərinə qazıyar və günəşin gəlişini gözləyərdim. Səmadakı aya ulduzlar boyunca Van Qoq şəkillər çəkər, Benedetti poema oxuyar və mən isə serenadalar söyləyərdim.
Göz yaşlarımla gülləri sulayar, bədənimə batan tikanlarının ağrısını hiss edərək dodaq qırmızısı rəngindəki tac yarpaqlarından öpmək istəyərdim.
Tanrım, bir qurtumluq həyatım olsaydı... Gün qutarmadan - hər gün qarşılaşdığım bütün insanlara onları sevdiyimi söyləyərdim. Bütün qadın və kişiləri ən sevdiyim insanlar olduqlarına bir-bir inandırardım. Və eşq içində yaşayardım. Kişilərə yaşlandıqları zaman eşqdən əl çəkmələrinin nə qədər səhv olduğunu izah edərdim. Çünki insan eşqdən əl çəkdiyi zaman yaşlanr.
Uşaqlara qanad verərdim. Amma uçmağı özbaşına öyrənmələrinə imkan verərdim. Yaşlılara isə ölümün yaşlanmaq ilə deyil, unutmaq ilə gəldiyini öyrədərdim.

Eh insanlar... Sizdən nə qədər də çox şey öyrənmişəm. Bütün insanlar xoşbəxtliyin dağın zirvəsində yaşamaq olduğunu düşünüb o cür istəyirlər, lakin xoşbəxtliyin həqiqəti görməkdə gizləndiyini bilmirlər.

Yeni doğulan kiçik bir körpənin atasının barmağını sıxarkən, əslində onu özünə sonsuza qədər qandalla məhkum etdiyini öyrəndim. Sizdən çox şey öyrəndim. Amma bu öyrəndiklərim çox işə yaramayacaq. Çünki hamısını bir çantaya yığıb ağzını bağladım. Bədbəxt bir şəkildə... Artıq ölə bilərəmmi?"






18 Aprel, 2014  10:14 Baxılıb: 884 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner